Kənd bələdiyyələrinin ekoloji maarifləndirilməsi ilə bağlı seminar keçirilib
Tarix: 28.04.2014 | Saat: 22:19:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctiami Birliyi tərəfindən «Ətraf mühitin yaxşılaşdırılması üçün yerli bələdiyyələrlə maarifləndirmə işlərinin aparılması» mövzusunda layihənin icrası davam etdirilir. İctiami Birlikdən verilən məlıumatda qeyd olunur ki, aprelin əvvəlindən icra olunan layihə əsasən ölkəmizin meşə fondunun mühafizəsinə yönəlib. Layihə Azərbaycanın cənub bölgəsində- Lənkəran rayonun 20-dən artıq dağ kəndini əhatə edən bələdiyyələrin ərazisində həyata keçirilir. Bu qəbildən olan növbəti tədbirlər Lənkəranın ucqar bələdiyyələrində -Hirkan Milli Parkının ərazisinə daxil olan və rayon mərkəzindən 40 km məsafədə yerləşən Biləsər bələdiyyəsində, eləcə də rayon mərkəzindən 30 km məsafədə yerləşən İstusu bələdiyyəsində keçirilib. Tədbirlərdə çıxış edən natiqlər respublikamızın meşə fondunun mühafizəsində bələdiyyələrin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd ediblər. Bildirilib ki, Lənkəran rayonunun ərazisindəki meşələrdə adı ölkəmizin «Qırmızı Kitabı»na düşmüş nadir ağac növləri bitir.Talış dağlarında bitən nadir və endemik ağaclar bütün dünyada məşhurdurlar. Dəmirağacı, azat, ipək akasiya, palıd, evkalipt, mantar ağacı, məxmər rəngli ağcaqayın, nil, Hirkan şümşadı, haqlı olaraq, Lənkəran florasının inciləri sayılırlar. Lənkəranda meşələrində həmçinin çoxlu cır meyvə ağacları, dərman bitkiləri və kollar bitir. Zəngin flora və faunası ilə məşhur olan Hirkan Milli Parkı və Qızılağac qoruğu Lənkəranın zəngin təbiət müzeyləridir. Lakin , təəssüflər olsun ki, yerli sakinlər tərəfindən meşələrin kortəbii surətdə qırılması həmin ağacların nəslinin kəsilməsi ilə nəticələnə bilər. Odur ki, vətəndaşlar öz istilik tələbatlarını ödəmək üçün meşələrə üz tutduqları zaman əllərinə balta almazdan əvvəl diqqətlə düşünməli, yalnız yararsız, qoca, artıq çürüyüb məhv olmaqda olan ağacları kəsməlidirlər. Bununla belə , hər kəsilən ağacın yerində yeni ağac tinglərini əkməyi də unutmamalıdırlar. Çıxışlarda meşələrin insan həyatı üçün ən önəmli komponent olan oksigeni istehsal edən nəhəng «təbii müəsisə» olduğu da qeyd olunub və bu müəssisənin fəaliyyətinin davamlı olması üçün hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb. Xatırladaq ki, bundan əvvəl , analoji tədbir Lənkəranın rayon mərkəzindən 30 km məsafədə yerləşən Günəhir bələdiyyəsində keçirilib.İB-dən verilən məlumatda qeyd olunur ki, layihə çərçivəsində rayonun digər kənd bələdiyyələrində də analoji seminarların keçirilməsi planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info