“İnsan alverini dayandiraq” şüarı altında kikboksinq
Tarix: 29.04.2014 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının təşkilatçılığı ilə Bayıl qəsəbəsində yerləşən “Qızıl Əlcək” İdman klubunda “İnsan alverini dayandiraq” şüarı altında kikboksinq üzrə gənclər və yeniyetmələr arasında idman yarışı keçirilib.
Mərasim Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin 2004-cü il 6 may tаriхli 208 nömrəli Sərəncamı ilə təsdiq еdilməsinin 10 illiyi münasibəti ilə təşkil edilib. İdman yarışından əvvəl “İnsan Alverinə qarşı Mübarizə həftəliyi”nin açılış tədbiri keçirilib. Toplantıda millət vəkilli Adil Əliyev, DİN-in İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşları, KİV nümayəndələri, QHT rəhbərləri, ziyalılar və tanınmış idmançılar iştirak edib. Dövlət himni səslənməsindən sonra toplantıda çıxış edən millət vəkili Adil Əliyev Azərbaycanın son on ildə böyük inkişaf yolu keçdiyini və artıq hər il onlarla beynəlxalq səviyyəli idman tədbirinə ev sahibliyi etdiyini bildirib. Millət vəkili “İnsan Alverinə Qarşı QHT Koalisiyası”nın təşəbbüsünü alqışladığını və bundan sonrada III sektorla əməkdaşlığa hazır olduqlarını qeyd edib.
DİN-in İnsan Alverinə qarşı Mübarizə İdarəsinin şöbə müdiri Fuad Əliyev və “İnsan Alverinə Qarşı QHT Koalisiyası”nın rəhbəri Mahirə Əmirhüseynova insan alverinin bəşəriyyət və cəmiyyətimiz üçün doğurduğu təhlükədən və buna qarşı dövlətin və ictimaiyyətin birgə mübarizə tədbirləri haqqında danışıblar.
Gənc nəslin sağlam və vətənpərvər ruhda yetişməsində idmanın xüsusi rolunu vurğulayan natiqlər ölkəmizdə bu sahəyə göstərilən qayğını xüsusi vurğulayaraq
vətəndaş cəmiyyətinin də fəallığını artırmasının vacibliyini qeyd ediblər.
Yarışdan sonra sonra qaliblərə xüsusi diplomlar və hədiyyələr təqdim olunub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Şabran məktəbliləri internetdə olan imkanlar və təhlükələr barədə məlumatlandırılıb
24.05.2019
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
24.05.2019
Bakının Baş Planı ilə bağlı layihə tamamlanmaq üzrədir
23.05.2019
Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu təmir olunur
23.05.2019
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info