“Zərifə Əliyeva: biobiblioqrafiya” kitabının təqdimatı keçirilib
Tarix: 29.04.2014 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (AMEA MEK) görkəmli oftalmoloq alim, tibb elmləri doktoru, bacarıqlı elm təşkilatçısı və ictimai xadim, akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümü münasibətilə sərgi və “Zərifə Əliyeva: biobiblioqrafiya” kitabının təqdimatı keçirilib.
Tədbirdə AMEA Mərkəzi Elmi Kitabxanası direktorunun müavini Firəngiz Hüseynova görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın zəngin elmi yaradıcılığından, bu sahəyə verdiyi əvəzsiz töhfələrdən danışıb, onun xatirəsinin əbədiyaşar olduğunu vurğulayıb. Qeyd edilib ki, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan akademik Zərifə xanım Əliyeva bir həkim kimi də insanlara sağlamlıq, xoşbəxtlik bəxş edib. Tədbirdə görkəmli alim, akademik Zərifə xanım Əliyeva haqqında videofilm göstərilib. AMEA Mərkəzi Elmi Kitabxanasının hazırladığı “Zərifə Əliyeva: biobiblioqrafiya” kitabı barədə məlumat verilib. Nəşrə görkəmli alim, akademik Zərifə xanım Əliyevanın kitab və monoqrafiyaları, dərs vəsaitləri, dövri mətbuatda və ayrı-ayrı məcmuələrdə dərc olunmuş elmi məqalələri barədə məlumatlar və digər müvafiq materiallar daxil edilib.
Kitabda, həmçinin görkəmli alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri, tanınmış dövlət, elm və mədəniyyət xadimlərinin Zərifə xanım Əliyeva haqqında fikirləri, əsərlərinin biblioqrafiyası, həyatı, elmi və ictimai fəaliyyəti haqqında ədəbiyyat və s. barədə məlumatlar əksini tapıb. Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə görkəmli alim, akademik Zərifə xanım Əliyevanın əsərləri və monoqrafiyaları, həmçinin onun həyat və elmi fəaliyyətini əks etdirən kitablar, digər müvafiq nəşrlər nümayiş etdirilib. Burada Azərbaycan və xarici dillərdə 200-dən çox ədəbiyyat, virtual görüntülər və fotomateriallar sərgilənib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info