Türkiyə və Avropa İttifaqının Kopenhagen şərtləri
Tarix: 29.04.2014 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


Türkiyə-Avropa İttifaqı münasibətləri müxtəlif tarixi mərhələlərdən keçərək günümüzə qədər gəlib çıxıb. Bu prosesdə irəliləyişlər, habelə xeyli anlaşılmazlıqlar, süni yaradılan problemlər də olub. Türkiyənin Avropa İttifaqına tam üzvlüyə dair israrlı mövqeyi əlaqələrin davamlı olmasında mühüm rol oynayıb.
Hələ XIX əsrin ortalarından etibarən “avropalı” olmağa çalışan Türkiyə qitəyə və oradakı iqtisadi-siyasi-hərbi proseslərə (qurumlara) qatılmaq yolunda ardıcıl xətt yeridirdi. 1839-cu il Tənzimat və 1856-cı il İslahat fərmanları ilə Türkiyənin Avropaya iqtisadi-hüquqi inteqrasiyasının əsası qoyulub. Osmanlı dövləti dağıldıqdan sonra Atatürkün dönəmində “qərbləşmə” işi daha da sistemli və ardıcıl səciyyə alıb. Türkiyənin təşkilati səviyyədə Avropa ilə əlaqələr qurmaq təşəbbüsü 1959-cu ilin 31 iyulunda AİB-ə üzvlük müraciəti ilə nəticələnsə də, Türkiyə ilə bağlı müəyyən hazırlıq tədbirlərinin görülməsinə qərar verilir. Xüsusi əhəmiyyəti Türkiyənin AİB-ə qatılması yolunda ilk addım hesab olunan 1963-cü il sentyabrın 12-də Ortaqlıq (Ankara) müqaviləsi üzərində vurğulamaq lazımdır. Üç hissə və otuz üç maddədən ibarət olan bu müqavilədə Türkiyənin üzvlüyü üçün beş ili əhatə edən hazırlıq dönəmi və on iki illik Keçid dövrü müəyyənləşdirildi.
Türkiyənin namizəd ölkə kimi Avropa İttifaqı ilə olan münasibətlərində çoxlu maraqlı və ziddiyyətli proseslər yaşandı. 1997-ci il Lüksemburq Zirvə toplantısında, 1998-ci il martın 4-də elan edilmiş “Türkiyə üçün Avropa strategiyası” adlanan sənəddə, Kardiffdə baş tutan Zirvə toplantısında da Türkiyənin qət etdiyi uğurlardan bəhs olunur, ona yeni inkişaf istiqamətləri göstərilirdi. Təqdirəlayiq haldır ki, 2005-ci ilin sentyabrında islahatlar dövrü başlayıb və 35 fəsildən ibarət “İttifaqın hüquqi qanunvericilik çərçivələri” qəbul edilib ki, bu da demək olar ki, bütün sahələri əhatə edirdi. 2008, 2009, 2011-ci illərdə də irəliləmə məruzələri hazırlanıb. Bu məruzələrin hamısında da mövcud vəziyyətdən məmnun olduqları bildirilib, lakin daha da gücləndirmək məqsəd olaraq irəliyə sürülüb. Ölkənin AİB-ə qatılmaq siyasəti və ilkin addımları daxildə və xaricdə müəyyən təbii və süni maneələrlə üzləşdi. Raynın məruzəsində öz ifadəsini tapan açıq və “görünməyən” əngəllərə uzunmüddətli istinad Türkiyənin Aİ-yə yolunu xeyli uzatmış oldu.
Məlum olduğu kimi, 1993-cü ilin iyun ayında Aİ-nin Avropa Şurasının Kopenhagendə keçirilən toplantısında təşkilata namizəd olan dövlətlərin üzvlüyü üçün meyarlar müəyyən edilib. Siyasi sahədə dayanıqlı demokratik və hüquqi institutların mövcudluğu insan hüquqlarının müdafiəsinə təminat, etnik azlıqların hüquqlarının qorunması və s., iqtisadi sahədə - inkişaf etmiş bazar iqtisadiyyatı, bu kontekstdə qiymətlərin liberallaşdırılması, habelə mülkiyyət hüququnun qorunması ilə bağlı mükəmməl qanunvericilik bazasının yaradılması daxil idi.
Türkiyənin Aİ yolundakı əngəllər zaman-zaman dövrə və şəraitə uyğun olaraq yeniləşdirilir. “Kipr problemi”, “erməni soyqırımı” və digər bəhanələrlə yanaşı, “Türkiyədə insan hüquqları məsələsi” də vaxtaşırı gündəmə gətirilirdi. Kopenhagen siyasi meyarları kontekstində Türkiyəyə çoxlu (köhnə və yeni) irad-ittihamlar ünvanlayan Aİ həm də dövrün reallıqlarını və bu ölkə ilə bağlı məqamları da nəzərə almaq məcburiyyətində qalmalı idi. Avropa və Asiyanın məhvərində Türkiyə qlobal bir önəmə sahibdir. NATO-nun cənub-qərb qanadı şəklindəki rolu davam etməsə də, ölkə çox əhəmiyyətli bir dərəcədə Avropa Birliyi demokratiyaları, Balkanların və Qafqazın qarmaqarışıqlığı və təbii ki, keçmiş Sovetlər Birliyinin cənub-qərb peykləri və Ərəbistanın diktatorluqları arasında tarazlıqda olmaqdadır. Ayrıca, Türkiyə yeni müstəqil olmuş bir çox türkcə danışan ölkədə də açar mövqeyindədir. Türkiyə Şərq və Qərb arasında bir körpüdür və yeni dünya düzəninin çox önəmli bir “oyunçusudur”.
Aİ-nin “insan haqları, hüququn aliliyi, azlıqların müdafiəsi” yönlərində Türkiyəyə ünvanladığı, “Cənub-Şərq problemi” adı altında isə qabartdığı irad-ittihamların “bazası” da artıq yoxa çıxmaqdadır. Belə bir şəraitdə “coğrafi” baxımdan da Avropada olan Türkiyənin eyni zamanda həm də “avropalı olmaması” kimi ikili yanaşmanın Aİ-nin həmin ölkəyə münasibətində təməl prinsipə çevrilməsi anlaşılmazdır.
Aparılan təhlil və analizlər belə bir qənaətə gəlməyə əsas verib: Avropa İttifaqı-Türkiyə münasibətlərinin tarixin ayrı-ayrı mərhələlərində dalana dirənməsi daha çox siyasi motivli subyektiv amillərlə bağlıdır. Öz iqtisadi və siyasi parametrləri baxımından heç də Türkiyədən öndə olmayan, bir çox hallarda isə ondan aşağı səviyyədə mövqe tutan dövlətlərin Kopenhagen meyarlarına uyğun gəlməməsinə baxmayaraq, təşkilatın sıralarına tam üzv olaraq qəbul edilməsi “ikili standartlar”ın təzahürü kimi dəyərləndirilə bilər.
Bütün bu süni əngəllərə baxmayaraq, Türkiyə Respublikası Avropa İttifaqının tamhüquqlu üzvü olmaq istiqamətində fəaliyyətinə müəyyən məqamlarda məhdudiyyətlər qoysa da, bütövlükdə bu siyasətin məntiqi sonluğunun əldə edilməsində kifayət qədər maraqlı olduğunu əməli addımları ilə təsdiqləməkdədir.
Rəşad Mirzəyev
Dövlət İdarəçilik
Akademiyasının magistri




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info