“Ermənistanda sosial-iqtisadi sahədə vəziyyət çox pisdir”
Tarix: 29.04.2014 | Saat: 01:13:00 | E-mail | Çapa göndər


“Hamı etiraf etməlidir ki, Qafqazda sülhə və sabitliyə ən böyük təhlükə Dağlıq Qarabağ münaqişəsidir”.
Bunu Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışı zamanı Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin deyib. Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonunun Ermənistan tərəfindən işğal olunduğunu xatırladan H.Çətin erməni təcavüzü nəticəsində bir milyondan çox insanı yurd-yuvasından didərgin düşdüyünü vurğulayıb: “ATƏT-in Minsk qrupu 20 ildən artıqdır ki, münaqişənin həlli ilə bağlı fəaliyyət göstərsə də, bunun nəticəsi yoxdur. Münaqişənin həlli üçün konkret addımların atılmasının vaxtı çatıb. İlk öncə Ermənistan ətraf 5-6 rayondan öz qoşunlarını çıxarmalıdır. Bu, münaqişənin həlli və regionda sabitliyin bərpası üçün vacibdir”. H.Çətin bildirib ki, mövcud durum daim belə qala bilməz. “Ermənistan liderlərinə üzümü tutaraq demək istəyirəm ki, onlar bu barədə bir daha düşünsünlər. Məlum olduğu kimi, hazırda Ermənistanda sosial-iqtisadi sahədə vəziyyət çox pisdir”. Sabiq nazirin sözlərinə görə, Ermənistan Azərbaycanla birgə regionda bir çox layihələrin, xüsusilə enerji layihələrinin həyata keçirilməsində iştirak edə bilər: “Bunun üçün Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymalıdır. Bu, əməkdaşlığın başlanğıcı ola bilər”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info