ARDNŞ-in emal müəssisələrində yeni layihələr
Tarix: 29.04.2014 | Saat: 01:16:00 | E-mail | Çapa göndər


Prezidentin tapşırığına əsasən, ölkədə ekoloji durumun yaxşılaşdırılması istiqamətində “Avro-3”, “Avro-4” və “Avro-5” standartlarına keçidin sürətləndirilməsi ilə əlaqədar tədbirlərin icrası ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) emal müəssisələrində mühüm işlər görülür.
ARDNŞ-in mətbuat xidmətindən bildiriblər ki, Heydər Əliyev adına Bakı neft emalı zavodunda (BNEZ) həyata keçirilən yenidənqurma tədbirləri çərçivəsində mövcud texnoloji qurğularının modernləşdirilməsi, istehsal gücünün artırılması və ekoloji mühitin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulmuş layihələrin icrası sürətləndirilib və bir neçə layihənin icrasına start verilib. İtaliyanın “Foster Wheller” şirkəti tərəfindən hazırlanmış texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq 21 nömrəli ED-AVQ-6 qurğusunun məhsuldarlığının ildə 7,5 milyon tona çatdırılması, emissiyaların maksimum azaldılması və qurğunun daxili istilik potensialından daha səmərəli istifadə edilməsi istiqamətində layihənin növbəti mərhələsinə başlanılıb. Bundan başqa, ABŞ-ın UOP şirkəti tərəfindən zavodun 55 nömrəli katalitik krekinq qurğusunun məhsuldarlığının ildə 3 milyon tona çatdırılması üçün layihələndirmə işlərinə başlanılıb. Eyni zamanda, ekoloji mühitin yaxşılaşdırılmasında mühüm rol oynayan, mayeləşdirilmiş qazların və yüngül benzin faraksiyaların kükürdlü birləşmələrdən təmizlənməsi üçün UOP şirkətinin texnologiyası əsasında “Meroks” qurğularının tikintisi də layihələndirilir. Hazırda EDL/Porner şirkəti tərəfindən “Azərneftyağ” neft emalı zavodunundan ED-AVQ-2 və bitum qurğularının Heydər Əliyev adına BNEZ-ə köçürülməsinin texniki iqtisadi əsaslandırılması aparılır.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşüb
16.11.2018
Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsalı fabriki istifadəyə verilib
16.11.2018
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gedib
16.11.2018
Məşğulluq Strategiyası insan kapitalının inkişafında, məşğulluğun təminatında mühüm addımların atılmasına imkan yaradacaq
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info