Regionlarda turizm infrastrukturu genişləndiriləcək
Tarix: 29.04.2014 | Saat: 01:38:00 | E-mail | Çapa göndər


Prezidentin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qəbul zamanı Əbülfəs Qarayev Lənkəran, Masallı, Astara, Biləsuvar, Cəlilabad, Lerik, Neftçala, Salyan, Yardımlı və Cəbrayıl rayonlarından olan 30-dək vətəndaşın müraciətini dinləyib.
Müraciətlər əsasən rayonlarda mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni irsin qorunması, təmir və bərpası, turizm sahəsinin inkişaf etdirilməsi, musiqi məktəblərinin alətlərlə təminatı və sosial məsələlərlə bağlı olub.
Qəbulda Astara rayonunun Maşxan kəndində 1806-cı ildə inşa olunmuş Kərbəlayi Həmid Abdulla hamamının bərpası, Lənkəran rayonunda fəaliyyət göstərən “Nənələr” folklor mahnı və rəqs kollektivinə xalq kollektivi adının verilməsi, Masallı rayonunda turizmin inkişafı və s. mövzularda konkret təkliflər irəli sürülüb.
Vətəndaşları diqqətlə dinləyən Əbülfəs Qarayev onların yerlərdə mədəniyyət və turizmin inkişafına xidmət edən əhəmiyyətli mövzulara diqqət ayırmalarını təqdir edib, qaldırılan təşəbbüslərin nəzərdən keçiriləcəyini, müvafiq tədbirlər görüləcəyini bildirib. Qəbuldan sonra jurnalistlərə açıqlama verən Əbülfəs Qarayev qeyd edib ki, bölgələrdə tarixi abidələrin təmir-bərpası, mədəniyyət ocaqlarının fəaliyyətinin yaxşılaşdırılması, turizm sahəsinin inkişafı nazirliyin daim diqqətindədir. Sevindirici haldır ki, vətəndaşlar da yerlərdə bu sahələrin inkişafı üçün səy göstərirlər. Bu da ümumi işimizə kömək edir. Bu qəbuldan sonra da təmirə ehtiyacı olan mədəniyyət obyektlərinin bərpası, onların lazımi vasitələrlə təminatı ilə bağlı tədbirlər görüləcək.
Əbülfəs Qarayev regionda turizm infrastrukturunun genişləndirilməsinin əsas prioritet məsələlərdən biri olduğunu vurğulayaraq deyib: “Turizm üçün əhəmiyyətli təbii şəraiti olan cənub zonası tarixi və mədəniyyət abidələri ilə zəngindir. Abidələrin bərpası, onlardan mədəni turizm istiqamətində istifadə olunması təkliflərini də yüksək qiymətləndirirəm. Bu təkliflər üzərində işləyəcəyik”.
Nazir ayrı-ayrı vətəndaşların sosial məsələlər, işlə bağlı müraciətlərinin də nəzərdən keçiriləcəyini və mümkün olduğu qədər onların həllinə kömək göstəriləcəyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info