Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans
Tarix: 29.04.2014 | Saat: 01:42:00 | E-mail | Çapa göndər


ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov, Milli Məclisin sədri Oqtay Əsədov, AMEA prezidenti Akif Əlizadə, diplomatlar, millət vəkilləri iştirak ediblər.
ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev qeyd edib ki, Prezidentin sərəncamı ilə dövlət xadimi Əlimərdan bəy Topçubaşovun yubileyi qeyd olunur: “Keşməkeşli bir dövrdə yaşamış və fəaliyyət göstərmiş Topçubaşov tək Azərbaycan xalqının deyil, Rusiya imperiyasında yaşayan bütün müsəlman xalqların sevimlisinə çevrildi. İnanıram ki, Azərbaycan XİN və AMEA-nın birgə keçirdiyi beynəlxalq konfrans Topçubaşov irsinin öyrənilməsinə öz töhfəsini verəcək”. Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olmuş Ə.Topçubaşov XX yüzilliyin əvvəllərində Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Səməd bəy Mehmandarov və digərləri ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında mühüm rol oynayıb. Topçubaşovun həyat və fəaliyyəti barədə danışan spiker O.Əsədov bildirib ki, 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlamenti Bakıda işə başlayıb. Topçubaşov bu parlamentin ilk sədri olub”. O.Əsədov Topçubaşovun Paris sülh konfransında Azərbaycanı təmsil etməsi, həmin konfransda onun başçılıq etdiyi heyətin Azərbaycanın dövlət kimi tanınmasında gərgin əmək sərf etdiyin vurğulayıb. Spiker qeyd edib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Parisdə Topçubaşovun məzarı üzərində abidəsi qoyulub. Xarici işlər naziri Elmar Məmmədyarov çıxışında Ə.Topçubaşovun diplomatik fəaliyyətindən danışıb: «Topçubaşovun təməlini qoyduğu Azərbaycan o zaman Millətlər Məclisinə üzv ola bilməsə də, 100 il keçməmiş Azərbaycan BMT-yə üzv oldu, hətta BMT Təhlükəsizlik Şurasına rəhbərlik etdi. Topçubaşov Azərbaycanı tanıtmağa başladı və biz eyni əsrdə Azərbaycanın müstəqilliyini təkrar əldə etdik və qoruduq». Tədbirdə çıxış edən AMEA prezidenti Akif Əlizadə Topçubaşovun həyat yolunun tədqiq edilməsinə ehtiyac olduğunu deyib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info