“Biz məhz buna doğru irəliləyirik“
Tarix: 29.04.2014 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


“ABŞ artıq yaxın vaxtlarda Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiya iqtisadiyyatının bəzi sektorlarına qarşı sanksiyalar tətbiq edə bilər”. Bunu ABŞ dövlət katibi Con Kerri "Wall Street Journal" qəzetinə müsahibəsində deyib. Bu barədə “RİA Novosti” məlumat yayıb.
Kerri qəzetin müxbirinin Rusiya iqtisadiyyatına, eləcə də onun enerji, maliyyə və müdafiə sektorlarına sanksiyaların tətbiqinin mümkünlüyünə dair sualına cavab verərkən bildirib: "İndi biz bunlara (sanksiyalara) son dərəcə yaxınıq. Biz məhz buna doğru irəliləyirik".
Şənbə günü G7 ölkələri Rusiyanı Ukraynada gərginliyin azaldılması üzrə Cenevrə razılaşmasına əməl etməməkdə günahlandırıb və onun yeni sanksiyaların tətbiqi ilə hədələyib. Az sonra RF XİN bu ittihamların əsassız olduğunu, Kiyev hakimiyyətinin isə indiyədək Ukraynanın bütün regionlarının iştirakı ilə inklüziv konstitusiya prosesinə başlamaq üçün heç nə etmədiyini bəyan edib.
Dünən ABŞ Ukraynadakı vəziyyətlə əlaqədar sanksiyaların siyahısını genişləndirib, oraya daha 7 rusiyalını və 17 şirkəti əlavə edib. Beləliklə, bu siyahıya təxminən 50 Rusiya, Krım və Ukrayna siyasətçisi və sahibkarının adı düşüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info