Zərifə Əliyevanın anadan olmasının 91 illiyi Ukraynada qeyd olunub
Tarix: 29.04.2014 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümü münasibətilə İrpen şəhərinə gələn Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları, Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndələri və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları tanınmış elm fədaisinin büstü önünə tər çiçəklər qoymaqla onun əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər. Bu barədə Ukrayna Azərbaycanlı Gənclər Birliyindən məlumat verilib.
Anım mərasimində Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli çıxış edərək akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı misilsiz xidmətlərindən söz açıb. Tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək Heydər Əliyev kimi dahi bir şəxsiyyətə sədaqətli ömür-gün yoldaşı olan Zərifə Əliyevanın şərəfli ömür yolundan söz açıb, onun əziz xatirəsinin xalqımız tərəfindən həmişə uca tutulacağını vurğulayıblar.
Anım mərasimində çıxış edən İrpen şəhərindəki 12 saylı orta məktəbin şagirdi Valeriya Rudenko və UAGB-nin sədr müavini İlhamə Allahverdiyeva Zərifə Əliyevanın İrpen şəhərində ucaldılmış büstünün Azərbaycanla Ukrayna arasında əbədi dostluq körpüsünə çevrildiyini nəzərə çatdırıblar.
İrpen şəhərindəki 12 saylı orta məktəbin müəlliməsi Nataliya Oleynik bildirib: "91 il bundan öncə Naxçıvanın Şahtaxtı kəndində anadan olan Zərifə Əliyevanın adı bu gün İrpen şəhər sakinləri tərəfindən əziz tutulur. Mən çox şadam ki, şəhərimizdə belə bir görkəmli elm xadiminin adına orta məktəb, mərkəzi küçə və yaraşıqlı istirahət parkı var. Mən əminəm ki, əsl ziyalı, həkim, elm fədaisi və qayğıkeş ana obrazlarını özündə cəmləşdirən Zərifə Əliyevanın adı uzun əsrlər boyu xalqlarımız arasındakı mənəvi dostluq yollarına işıq saçacaq".
Anım mərasimində İrpen şəhərindəki Zərifə Əliyeva adına orta məktəbin şagirdlərinə Azərbaycanın Ukraynadakı səfirliyi və "SOCAR Ukrayna" tərəfindən hədiyyələr təqdim olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info