Akademik Zərifə Əiyevanın 91 illiyi Səbail rayonunda qeyd olunub
Tarix: 29.04.2014 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


Görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91 illiyi paytaxtımızın Səbail rayonunda geniş şəkildə qeyd olunub. Əlamətdar yubileylə bağlı idarə və təşkilatlarla yanaşı, rayonun orta təhsil müəssisələrində görkəmli alimin xatirəsinə həsr olunmuş bir sıra tədbirlər, sərgi, inşa yazı və divar qəzetləri müsabiqələri, müxtəlif aksiyalar təşkil olunub.Yubiley tədbirləri çərçivəsində 7, 163, 189, 190, 239 saylı orta məktəblərdə, 49 saylı «İntellekt» məktəb-liseydə 132-134 saylı Təhsil Kompleksində görkəmli oftalmoloq, tibb elmləri doktoru Zərifə xanım Əliyevaya həsr olunmuş «Azərbaycan qadını», «Gözlərə işıq, nur bəxş edən insan» və «Ana - müqəddəslik zirvəsidir» mövzularında inşa yazı, 7, 91, 239, 162, 189, 190 saylı orta məktəblərdə, 132-134 saylı Təhsil Kompleksində, 160 saylı Klassik Gimnaziyada divar qəzetləri, 91, 162, 163 saylı orta məktəblərdə bədii qiraət müsabiqələri, 2, 7, 163, 189, 203 saylı orta məktəblərdə, 49 saylı «İntellekt» məktəb-liseydə şagirdlərin rəsm əsərləri sərgisi, 160 saylı Klassik Gimnaziyada Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın anadan olmalarının 91-ci ildönümünə həsr olunmuş ənənəvi şahmat turniri, 163 saylı orta məktəbdə idman yarışları keçirilib, məktəblərin foyelərində Azərbaycan tibb elminin görkəmli şəxsiyyəti olan, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş guşələr yaradılıb.
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxanalarında akademik Zərifə xanım Əliyevaya həsr olunmuş kitab sərgiləri, İstiqlal muzeyində tədbir təşkil olunub, rayonun orta məktəblərinin şagirdləri bu sərgi və tədbirlərin fəal iştirakçısı olmuşlar. Şagirdlərin Milli Azərbaycan Tarixi və İstiqlal Muzeylərində yaradılmış yeni ekspozisiyalara ekskursiyaları təşkil olunub. Aprelin 28-də 132-134 saylı Təhsil Kompleksində şagirdlərin elektron təqdimatları keçirilib, mövzu ilə bağlı materiallar məktəbin saytına yerləşdirilib. Həmçinin 91 və 236 saylı orta məktəbdə akademik Zərifə xanım Əliyevanın şərəfli ömür yoluna həsr olunmuş dəyirmi masa, 132-134 saylı Təhsil Kompleksində «Qəlblərdə yaşayan insan» mövzusunda elmi-praktik konfrans keçirilib.Tədbirlər çərçivəsində rayonun 2, 49, 50, 51, 91, 162, 190, 203, 236 saylı orta məktəbləri, 160 saylı Klassik Gimnaziya və 132-134 saylı Təhsil Kompleksinin yuxarı sinif şagirdləri «Fəxri Xiyaban»da Xalqımızın ümummilli lideri Heydər Əliyev və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib və onların abidələri önünə əklil və tər çiçəklər qoyublar.
Keçirilən tədbirlərdə Səbail Rayon İcra Hakimiyyətinin rəhbər və məsul işçiləri, rayon ictimaiyyətinin, veteranlar, ağsaqqallar və gənclərin nümayəndələri iştirak ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info