ƏƏSMN-də Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə idman yarışları
Tarix: 29.04.2014 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturlarının əməkdaşlarından ibarət komandalar arasında ilk dəfə olaraq idman yarışlarına (mini-futbol və şahmat turnirləri) başlanılıb.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vurğulayıb ki, bu gün Azərbaycan inkişaf dinamikası baxımından dünya dövlətləri arasında ön sıralardadır. Təbii ki, bu inkişafın əsasında Ulu öndər Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu strategiyası dayanır: “Cənab Prezident İlham Əliyev ölkəyə rəhbərliyə başladığı dövrdən Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar əsasında məharətlə inkişaf və davam etdirir. Ölkədə həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaradıb”. S.Müslümov bildirib ki, son illər uğurla həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə yoxsulluq və işsizlik səviyyəsi kəskin şəkildə azalıb, vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına nail olunub, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilib. Daha sonra S.Müslümov ulu öndər Heydər Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğıdan, bu gün Azərbaycanda idmanın surətli inkişafı istiqamətində cənab Prezident İlham Əliyevin reallaşdırdığı tədbirlərdən bəhs edib. Nazir ƏƏSMN-də ümummilli liderin doğum günü ərəfəsində müxtəlif tədbirlərin həyata keçiriləcəyini nəzərə çatdırıb: “Bunlardan biri də mini-futbol turniri və şahmat turniridir. Belə idman turnirləri gənclərin sağlam həyat tərzinə daim sadiq qalmalarında mühüm əhəmiyyətə malikdir”. S.Müslümov turnirlərin iştirakçılarına mübarizə əzmi və qələbə sevincləri arzulayıb. Mini-futbol turnirlərinin qalibləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində müəyyən olunacaq. Qalib komandalara kubok və medallar təqdim ediləcək.

İlkin




 
Bölməyə aid digər xəbərlər
12.07.2020
Türkiyədə koronavirusdan sağalanların sayı 194 min nəfəri ötüb
11.07.2020
Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO
10.07.2020
Bu həftə sonu da ictimai nəqliyyatın hərəkəti dayandırılacaq
10.07.2020
Virusa yoluxmuş 2 məhkum vaxtından əvvəl azadlığa buraxılıb
10.07.2020
XİN-in Konsulluq İdarəsinin rəisi Faiq Bağırova qarşı üç maddə ilə ittiham irəli sürülüb

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
2 “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır
3 Türkiyə moda sənayesi 15 iyul - 14 avqust tarixlərində sərgidə
4 312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb
5 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info