İran XİN: “Azərbaycan Prezidentinin İrana rəsmi səfəri uğurlu olub”
Tarix: 29.04.2014 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


“Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri uğurlu olub”. İranın “Səhər” telekanalının verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bu gün Tehranda yerli və xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin İrana səfəri ilə iki ölkə arasında dostluq və əməkdaşlıq yeni mərhələyə qədəm qoyub: “Səfər zamanı İran və Azərbaycan arasında əvvəlkilərdən daha çox iqtisadiyyat sahəsində ikitərəfli əməkdaşlıqla bağlı razılaşmalara dair ciddi müzakirələr aparıldı. Təbii ki, İran Prezidenti Həsən Ruhaninin də iş proqramında Azərbaycan səfər etmək məsələsi var. İran və Azərbaycan Prezidentlərinin qarşılıqlı səfərləri əlaqələrin genişlənməsi və mühüm razılaşmaların əldə olunması üçün böyük ciddi-cəhddir. Ruhaninin səfəri mütləq iki ölkə üçün faydalı olacaq”.
M.Əfxəm həmçinin deyib ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İrana səfərinin Prezidentin səfərindən bir həftə sonra həyata keçirilməsi də son dərəcə önəmlidir: “Bu, iki ölkə arasında əlaqələrin daha da yaxşılaşmaqda olduğunu göstərir. Bu əlaqələr İran və Azərbaycanın bir-biri ilə əməkdaşlıq etmək üçün keçmişdəkindən daha çox yüksək hədəflər güdməsinin sübutudur”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info