“Nədən Leyla Yunus bununla bağlı daha çox canfəşanlıq edir?”
Tarix: 29.04.2014 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


"Hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusa uzunmüddətli viza verilməsi, onları hava limanına qədər xarici səfirliyin nümayəndəsinin müşayiət etməsi müəyyən müəmma yaradır. Belə çıxır ki, kimlərsə Leyla Yunus və onun həyat yoldaşının Azərbaycandan xaricə çıxmasında və yaxud çıxarılmasında, daha tez getməsində maraqlı olublar". Bunu “Trend”ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib.
M.Qurbanlının sözlərinə görə, hər bir ölkə öz milli təhlükəsizliyini təmin etmək üçün cari işlərini yerinə yetirir və bununla bağlı dövlətin hüquq-mühafizə orqanları fəaliyyət göstərir: "Azərbaycanın milli təhlükəsizliyi ilə bağlı məsələlərdə, ölkəmizin qarşısında duran vəzifələrin həllində bizim hüquq-mühafizə sistemində çalışan əməkdaşlarımız, hesab edirəm ki, yüksək peşəkarlıq nümayiş etdirirlər. Öz milli təhlükəsizliyimizi qorumaq üçün vaxtaşırı müəyyən qəti addımlar atılır".
Onun fikrincə, Leyla Yunus və onun həyat yoldaşının saxlanılması və onların törətdikləri əməllərlə bağlı geniş açıqlamalar olacaq: "Onu da qeyd edim ki, bundan əvvəl də jurnalist Rauf Mirqədirov saxlanılıb və istintaqa cəlb olunub. Bunlar da saxlanılıb və bunların Mirqədirovun işi ilə bağlı olub-olmadığı barədə bir şey deyə bilmərəm. Amma hər halda bu saxlanılmanın arxasında əsaslı səbəblər var və bu səbəblər onların hər hansı bir ictimai fəaliyyəti ilə, onların qeyri-hökumət təşkilatının fəaliyyəti ilə bağlı ola bilməz. Görünür, orada başqa məsələlər var. O da məlumdur ki, Leyla Yunus daima xaricdə olan bir sıra antiazərbaycan xarakterli təşkilatlarla sıx əlaqədə olub. Əlbəttə, onun müəyyən qeyri-hökumət təşkilatları ilə əlaqələri, fəaliyyəti və s. - bunların araşdırılması bizim üzərimizə düşmür. Bu, bizim təhlükəsizliklə bağlı olan qurumlarımızın işidir və yəqin ki, bunlar araşdırılacaq. Rauf Mirqədirov məsələsi gündəmə çıxdıqdan sonra nədən Leyla Yunus bununla bağlı daha çox canfəşanlıq edir, bu qədər bu məsələyə diqqət yetirir, istintaqın gedişini və nəticəsini gözləmədən hay-küy qaldırır? Məntiqlə düşünəndə, görünür, Rauf Mirqədirovun saxlanılması hansısa formada Leyla Yunusu narahat edir".
YAP rəsmisi hesab edir ki, Leyla Yunus və onun həyat yoldaşının saxlanılmasında siyasi rəng axtarılmamalıdr.
Xatırladaq ki, qeyri-rəsmi məlumata görə, aprelin 28-də 2 saat ərzində Fransanın Azərbaycandakı səfirliyi L.Yunus və A.Yunusa 5 illik viza rəsmiləşdirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info