Xodorkovski: “Moskvada uzun müqavimət üçün resurslar var, avropalılarda isə yoxdur”
Tarix: 29.04.2014 | Saat: 21:15:00 | E-mail | Çapa göndər


Mixail Xodorkovski – keçmiş neft maqnatı, oliqarx, Rusiyanın ən varlı adamlarından biri, eyni zamanda Vladimir Putin üçün təhlükəli müxalifətçidir. Bu barədə müəllif Cüzeppe Sarçina “Corriere della Sera” qəzetində yazır. O qeyd edir: “Xodorkovski yenidən, həmişə olduğu kimi, qara geyimdə Ukraynanın rusiyameyilli hərəkatının mərkəzi olan Donetskdə publika qarşısında peyda olub. Müxbirlə söhbətində Xodorkovski fikrini belə ifadə edib ki, Putin çətin ki müharibə istərdi, necə ki, Ukrayna da bunu istəmir: “Mən fikirləşmirəm ki, müharibə olacaq, amma əlbəttə ki mən buna təminat verə bilmərəm. Müxtəlif analitiklərin fikrincə, Putin dövlətin öz konsepsiyasını dəyişir və biz avtoritar rejimdən totalitar rejimə keçirik”.
Amerikanların və avropalıların Rusiyaya qarşı tətbiq etməyə çalışdıqları sanksiyalar barədə danışan Xodorkovski onları effektsiz addımlar sayıb: “Hətta ən qəddar iqtisadi sanksiyalar belə, qısamüddətli perspektivdə effekt verə bilməz. Rusiyanın uzunmüddətli müqavimət göstərməsi üçün minimum 3-5 illik resursları var. Qızıl ehtiyatlı valyuta barədə xatırlatmaq, yaxud da beynəlxalq enerji bazarında müştəriləri diversifikasiya etmək imkanları barədə bildirmək kifayətdir.
Moskva yeni neft və qaz alıcıları tapmaq iqtidarındadır. Belə olduğu halda, mən sual ünvanlayıram: Amerikanları bir kənara qoyaq, amma avropalılar Rusiyaya qarşı ağır sanksiyaları 3-5 il müddətinə dəstəkləməyə qadirdirlərmi?”. Daha sonra Xodorkovski bildirib ki, Ukrayna Rusiya prezidentinə qarşı mübarizədə vahid olmalıdır: “Hər şeydən öncə vətəndaş cəmiyyəti, əhali bir olmalıdır. Bu abstrakt danışıq deyil. Putin anlamalıdır ki, möhkəm və özünə inanan ölkə ilə üz-üzədir”.
Bundan başqa, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak bildirib ki, Rusiyaya qarşı Avropa Birliyinin sanksiyaları “Rusiya ilə sıx münasibətdə olan bütün ölkələrə, məsələn, Slovakiyaya, Macarıstana, Polşaya ağrılı olacaq”. O qeyd edib ki, Şərqi Avropa Rusiyaya qarşı sanksiyalardan zərər çəkməkdən qorxur. Bu barədə “ EL Pais”də yazılan məqalədə bildirilir. Nazir qeyd edib ki, Avropa Birliyi Rusiyanı təcrid etməməlidir, eləcə də Rusiya özünütəcridə məruz qoymamalıdır.
Böyük Britaniyanın “The Guardian” qəzeti isə yazıb ki, Avropada sanksiyalar məsələsində fikir müxtəlifliyi ona dəlalət edir ki, Rusiyanın Ukrayna ilə bağlı məqsədlərini dəyişməsinə lüzum yoxdur: “Sanksiyaların başqa bir dərəcəsi isə tamam başqa məsələdir. Bir aydan artıqdır ki, ABŞ və Avropa ticarət, energetika, maliyyə və hərbi avadanlıq sahələrində sanksiyalarla hədələyir. Amma formula aydın deyil. Təhdidlər boşdur. Avropa bu addımlara meyilli deyil. Çünki nəticədə dağıdıcı ticarət müharibəsi baş verər ki, bu da zəif Avropa iqtisadiyyatlarına zərər vuracaq. Buna görə də avropalılar bu məsələdə fəaliyyətsizlik siyasəti yeridirlər”.

İlkin




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info