Leyla Yunusun gizlicə ölkədən qaçmaq istəyi baş tutmadı
Tarix: 29.04.2014 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


O, ölkəni tərk etməməsi barədə xəbərdarlığa məhəl qoymayıb

Aprelin 28-də Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus Baş Prokurorluğa dəvət olunub. Ona vətənə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirova qarşı açılmış cinayət işində adının keçdiyi, izahat üçün prokurorluğa dəvət olunacağı deyilib və ölkəni tərk etməməsi barədə xəbərdarlıq olunub. L.Yunus isə bildirib ki, tələb olunan vaxtda Baş Prokurorluğa gəlməyə və izahat verməyə hazırdır.
Lakin L.Yunus yoldaşı Arif Yunusla birlikdə, xəbərdarlığa baxmayaraq, dünən gecə saat 23:00 radələrində, gizli şəkildə Azərbaycanı tərk etməyə cəhd göstərib. Hüquq mühafizə orqanlarının müdaxiləsindən sonra onların Azərbaycandan çıxmaq cəhdlərinin qarşısı alınıb. Leyla Yunus Baş Prokurorluğun İstintaq İdarəsinə gətirilib və ondan şahid qismində izahat alınıb. Maraqlısı isə budur ki, qanunla tələb olunan adi qaydalardan boyun qaçırıb ölkədən qaçmaq istəyən L.Yunus ondan izahat alınmasını “böyük həbs” kimi qələmə verməyə çalışır və bundan siyasi şou düzəltməyə cəhd edib”. Sual yaranır-nə üçün L.Yunus ölkəni tərk etməmək barədə xəbərdarlıq olduğu halda Azərbaycandan çıxmaq istəyib? Xüsusilə də izahat verməyə hazır olduğunu dediyin halda belə addım atmaq öz üzərində şübhələri birə-beş artırır.
Məsələnin digər tərəfi və əslində ən diqqətçəkən məqamlarından biri isə L.Yunusun həddindən artıq aqressiya göstərməsi və hüquq mühafizə orqanları işçilərini sanki ona qarşı kobud rəftar etməyə cəhd etməsidir. Belə ki, L.Yunus onun evinə gələn polisləri təhqir edib, onların ünvanına nalayiq ifadələr işlədib, polis zabitinin papağını başından çıxararaq yerə atıb. Bütün bunlar hər kəsin gözü önündə baş verib. O, tərbiyəsinə uyğun olaraq, özünü son dərəcə nalayiq aparıb və saxlanmasından siyasi şou düzəltməyə çalışıb. Dəfələrlə belə hallar müşahidə olunub ki, hər hansı bir cinayətdə və ya xoşagəlməz olayda şübhəli bilinən şəxs bu məsələ ətrafında sorğu-suala cəlb edilərkən o məsələdən diqqəti yayındırmaq üçün aqressiv hərəkətlərə, təxribatlara, ona qarşı guya hansısa güc tətbiqinin olması barədə hərəkətlərə yol verir. O ki ola öz siyasi mövqeyindən və ya QHT və digər əlində bayraq etdiyi “alətlərindən” istifadə edən biri ola. Görünür, L.Yunus da siyasi şou göstərməyə cəhd edərək diqqəti yayındırmağa çalışır.
Bu məsələdə L.Yunusun arxalandığı bəzi məqamlar da diqqətçəkən oldu. Belə ki, “qaçış planında” Fransa səfirliyinin ölkəmizə qarşı hörmətsizliyi aşkar şəkildə ortada oldu. Məlum olub ki, bir müddət öncə məlum səbəblərdən saxlanılan Rauf Mirqədirovun həbsindən sonra Fransanın Azərbaycandakı səfirliyi ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Leyla və Arif Yunusların Azərbaycandan çıxarılması ilə bağlı xüsusi plan hazırlayıblar. Bu plan isə məhz xüsusi xidmət orqanların həyata keçirdikləri tədbir nəticəsində faş oldu. Ən diqqətçəkən məqam isə aprelin 28-də 2 saat ərzində Fransanın Azərbaycandakı səfirliyi L.Yunus və A.Yunusa 5 illik viza rəsmiləşdirməsidir.
Qeyd edək ki, elə məhz həmin gün, yəni aprelin 28-də saat 23:00 radələrində L.Yunus Fransanın Azərbaycandakı səfirliyinin katibi və ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili və “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin müşayiəti ilə hava limanına gəliblər. Həmin gün Parisə təyyarə reysi olmasına baxmayaraq, şübhə doğurmamaq üçün L.Yunusun Azərbaycandan Dohaya, oradan isə Parisə çıxarılması planlaşdırılıbmış. ABŞ və Fransa səfirliklərinin nümayəndələri L.Yunus və onun həyat yoldaşının hava limanından maneəsiz keçməsini təmin etməyi öz üzərilərinə götürüblərmiş. Lakin Azərbaycan hüquq mühafizə orqanlarının müdaxiləsindən sonra bu plan baş tutmayıb, L.Yunus Baş Prokurorluğa gətirilib və əvvəldə də ondan izahat alınıb. ABŞ və Fransa səfirliklərinin fəaliyyəti Azərbaycanın daxili işlərinə kobud müdaxilə və “Diplomatik xidmət haqqında” 1961-ci il Vyana Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasıdır. Necə olur ki, Fransa səfirliyindən viza almaq istəyənlər aylarla buna nail ola bilmirlər, amma Leyla Yunus kimilərinə bir gecədə dərhal viza verə bilirlər? Buradan da bir daha qeyri-obyektivlik və qərəz bir daha bəlli olur. Təbii ki, belə də Fransa və ABŞ səfirlikləri öz əməkdaşlarının qeyri-qanuni əməlləri ilə bağlı izahat verməlidirlər. L.Yunusun siyasi şou düzəltməyə cəhd etməsi isə özünü ifşa eləməsindən başqa bir şey olmadı. Bu adamın kökünə qədər antiazərbaycan mənşəli olması çoxdan cəmiyyətə bəlli idi. Məsələn, yada salaq ki, ona mətbuat qarşısında azərbaycanca yox, rusca danışmasına görə irad tutulmuşdu. Amma o, buna ölkəmiz, millətimiz üçün belə bir təhqiramiz cavab vermişdi: “Mən rusca elə öz dilimdə danışıram. Azərbaycanca isə söyüş söyəndə danışıram”.


Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Ukraynada yaşayan azərbaycanlı prezidentliyə namizədlik üçün sənədlərini MSK-ya təqdim edib
16.01.2019
Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
16.01.2019
Aleksandr Duqin: Rusiya Azərbaycanla daha çox yaxınlaşır
16.01.2019
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
16.01.2019
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info