“Heydər Əliyev və Azərbaycanda vergi siyasəti” mövzusunda müsabiqə
Tarix: 29.04.2014 | Saat: 21:45:00 | E-mail | Çapa göndər


Mətbuat Şurası və Vergilər Nazirliyinin “Vergilər” qəzeti Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycanda vergi siyasəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsini elan edib. Bu barədə şuradan məlumat verilib.
Müsabiqənin məqsədi Heydər Əliyevin əsasını qoyduğu müasir vergi sistemi ilə bağlı yeniliklərin və məlumatların cəmiyyətə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.
Müsabiqə aşağıdakı mövzulardan ibarətdir:
1. Heydər Əliyevin iqtisadi inkişaf strategiyasında vergi siyasəti;
2. Vergi Partnyorluğu Sazişi: qarşılıqlı inam və etimad körpüsü;
3. Əmək müqaviləsi: gələcəyin təminatı.
Müsabiqəyə hər üç istiqamət üzrə təqdim edilmiş yazıların mükafatlandırması nəzərdə tutulur. Bundan əlavə, 10 ən yaxşı yazı müəllifinə həvəsləndirici mükafatlar veriləcək. Qaliblər Azərbaycan Mətbuat Şurası və Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi diplomları ilə təltif olunacaq.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, televiziya və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Yazıların qəbulu mayın 1-də başlayır, 31-də bitir. Müsabiqənin nəticələri 2014-cü iyunun 10-dək açıqlanacaq.
Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Azərbaycan Mətbuat Şurasına şəxsən təqdim olunmalıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar
22.04.2019
Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info