“Göytəpə Arxeoloji Parkı” ilə bağlı təqdimat
Tarix: 29.04.2014 | Saat: 22:03:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində “Göytəpə Arxeoloji parkı”nın yaradılması ilə bağlı ilkin layihələndirmə işlərinin təqdimatı keçirilib. Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq abidənin tarixi əhəmiyyətindən danışıb. Xatırladıb ki, Prezident İlham Əliyev 2012-ci ildə qərb bölgəsinə səfəri zamanı, Göytəpə neolit dövrü abidəsinin ilkin tədqiqat nəticələri ilə tanış olub, onun əsaslı öyrənilməsi məqsədi ilə “AMEA yanında Göytəpə Arxeoloji Parkı”nın yaradılması haqqında sərəncam imzalayıb. Akademik arxeoloji kompleksin ictimaiyyətdə maraq oyatdığını, bu yolla qədim dövr insanlarının həyat və fəaliyyətlərinin, gündəlik yaşam tərzlərinin daha aydın şəkildə başa düşüldüyünü vurğulayıb. Sonra “Göytəpə Arxeoloji Parkı”nın ekspedisiya qrupunun rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, Türkiyədən dəvət olunmuş İstanbul Universitetinin professoru Mehmet Özdoğan və İstanbul Texniki Universitetin Memarlıq fakültəsinin dosenti Zeynəb Eres çıxış ediblər. Bildirilib ki, Tovuzda yerləşən Göytəpə neolit dövrü yaşayış məskəni Azərbaycanın və regionun tarixində, həmçinin erkən sivilizasiyaların araşdırılması istiqamətində böyük əhəmiyyətə malikdir. Görüşdə arxeoloji parkın yaradılmasının zərurətindən, layihənin Azərbaycanda turizmin inkişafındakı rolundan da danışılıb. Təqdimatda maddi mədəniyyət nümunələrini əks etdirən muzey − sərgi zalı, yeni yaradılacaq Neolit kəndi və turistlərin ziyarəti üçün nəzərdə tutulmuş tikililərin ilkin formaları nümayiş etdirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info