Sanatoriyalarda yenidənqurma işləri aparılır
Tarix: 29.04.2014 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasında (AHİK) Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” respublika müsabiqəsinin yekunları və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə "iş yerlərində kimyəvi maddələrdən istifadə zamanı əməyin mühafizəsi üzrə təhlükəsizlik tələbləri"nə həsr edilən tədbir keçirilib.
Tədbirdə çıxış edən AHİK sədri Səttar Mehbalıyev bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd iş yerlərində işçilərin əməyinin mühafizəsini təşkil etmək, baş verə biləcək bədbəxt hadisələrin sayını minimuma endirməkdir. Onun sözlərinə görə, AHİK tərəfindən əməyin mühafizəsinə həsr olunmuş bir sıra tədbirlər, müsabiqələr keçirilib: “Son 10 il müddətində AHİK tərəfindən müxtəlif mövzularda "Hər bir iş yerində əməyin mühafizəsi mədəniyyəti”, “Layiqli iş yeri - təhlükəsiz əmək", "Mənim həyatım, mənim işim, mənim təhlükəsiz əməyim" devizi ilə və nəhayət, 2009-cu ildən başlayaraq davam edən "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı təşkilatı və müəssisəsi uğrunda" respublika baxış-müsabiqəsini təşkil edib, 15000 artıq dinləyicini əhatə edən 400 zona seminarı keçirib. Keçirilən müsabiqələrin əsas məqsədi konfederasiyanın üzv və tabeliyindəki müəssisə və təşkilatlarda həmkarlar ittifaqı nəzarətinin səmərəliliyini yüksəltmək, işəgötürənlər tərəfindən işçilərin qanuni hüquq və mənafelərini həyata keçirmək, onlar üçün sağlam və təhlükəsiz əmək şəraiti yaratmaqdır. 2013-cü ildə AHİK-in IV qurultayına həsr olunan "Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq sahəsində ilin ən yaxşı müəssisəsi" uğrunda keçirilən müsabiqədə isə 1500-dən artıq müəssisə iştirak edib”. S.Mehbalıyev qeyd edib ki, 2012-ci ildə iş yerində 291 bədbəxt hadisə baş verib, 2013-cü ildə isə 141 belə hal qeydə alınıb: “Bu isə o deməkdir ki, 2012-ci ili 2013-cü illə müqayisə etsək, 20,7% azalma var. Eyni zamanda iş yerlərində ölənlərin sayında da 10,2% azalma müşahidə olunur. Bu sahələrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ciddi diqqət ayrılır. Tikintidə də ölənlər və xəsarət alanların sayında 2012-ci ilə nisbətən azalma var”. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli isə deyib ki, Əməyin Mühafizəsi Fondunun yaradılması mövcud problemlərin aradan qaldırılmasına yardım edəcək. O, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin bundan sonra daha da gücləndirilməli olduğunu vurğulayıb.
Səttar Mehbalıyev onu da qeyd edib ki, Bakıda Şıx sanatoriyası istisna olmaqla, digərlərində yenidənqurma işləri aparılır. Bu sanatoriyaların bərpası üçün 2 milyon manata yaxın vəsait ayrılıb, bu vəsait sayəsində bütün sanatoriyaların həyəti abadlaşdırılıb, müasir tələblərə uyğunlaşdırılıb. Onun sözlərinə görə, artıq sanatoriyaların tibbi və mətbəx avadanlıqları da dəyişdirilib, yenidən qurulub: “Bütün imkanlarımızı səfərbər edirik ki, istirahətə gələnlər üçün imkanlar yaradaq. İldən-ilə istirahət edənlərin sayı artır. Keçən il üçün AHİK xətti ilə 50 mindən artıq insan sanatoriyalarda istirahət edib. Eyni zamanda həm iş təşkilatları, həm də sahə həmkarlar ittifaqları tərəfindən insanların istirahəti üçün külli miqdarda vəsait xərclənir”.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info