Nazarbayev Sovet İttifaqının bərpasının qeyri-mümkünlüyündən danışıb
Tarix: 30.04.2014 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Son dövrlər Sovet İttifaqının yenidən bərpa ediləcəyi barədə dolaşan şaiyələr cəmiyyət arasında birmənalı qarşılanmır. Mətbuatda ticarət və iqtisadi inteqrasiya forması kimi təqdim edilən Gömrük İttifaqı da bu şayiələrin reallaşacağına əsas verir.
Bəlkə də elə bunun nəticəsidir ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Sovet İttifaqının yenidən dirçəlişinin mümkünsüzlüyü barədə danışıb. O, Lomonosov adına Moskva Dövlət Universitetində mühazirə ilə çıxış edib: "Bu gün Avrasiya İqtisadi Birliyindən danışarkən, bəzi dünya ekspert və siyasətçiləri ilə yanaşı, bizim bəzi vətəndaşları da Sovet İttifaqının bərpa ediləcəyi kimi miflə qorxudurlar. Mən bu mövzuda olan dəlilləri reallıqdan uzaq və əsassız hesab edirəm”. Prezident öz fikrlərini üç faktla əsaslandırmağa çalışıb: «Əvvəla, bu gün sovet modelini bərpa etmək üçün institusional çərçivədə heç bir baza yoxdur və bütün yaşananlar artıq tarixə çevrilib. İkincisi, keçmiş Sovet İttifaqının xalqları artıq öz xüsusiyyət və ənənələrinə uyğun olaraq müstəqil dövlətlərini qurublar. Və nəhayət, üçüncüsü, indi əmlakın mövcud sistemi, sosial strukturu və cəmiyyətin iqtisadi quruluşu Sovet İttifaqındakından çox irəli gedib».
Dövlət başçısı daha sonra qeyd edib ki, bu gün heç bir regional inteqrasiya layihələri dünyanın siyasi xadimlərinin də etiraf etdiyi kimi, Avrasiya İqtisadi Birliyinin formalaşdırdığı effekti vermir: “Niyə? Açığını deyəcəm, Avrasiya iqtisadi ittifaqının güclü potensialı var. Və belə bir güclü potensialı mənfi qiymətləndirmələrin kökündə mən qorxulu maskalanma görürəm. Söhbət ondan gedir ki, dünyada yeni inteqrasiya birliyinin formalaşdığı bir mərhələdə biz hətta, dünya miqyasında haqsız rəqabət üsulları ilə qarşılaşırıq”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info