“Azərbaycanın sosial-iqtisadi inkişafından məmnunam”
Tarix: 30.04.2014 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Serbiya Respublikasının sabiq prezidenti Boris Tadiç ilə görüşüb.
Görüşdə Şahin Mustafayev qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Serbiya münasibətlərinin siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf etdiyini, əlaqələrin genişlənməsində Serbiyanın sabiq prezidentinin rolunu qeyd edib. Şahin Mustafayev ölkəmizin beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu olduğunu vurğulamış, Azərbaycan-Serbiya əlaqələrinin genişlənməsində hökumətlərarası komissiyanın səmərəli fəaliyyətini diqqətə çatdırıb.
Serbiya Respublikasının sabiq prezidenti Boris Tadiç Azərbaycana səfərindən, ölkəmizin sosial-iqtisadi inkişafından məmnunluğunu bildirib, Serbiyada iqtisadiyyatın müxtəlif sahələrinə, xüsusilə turizm, daşınmaz əmlak, bank və enerji sektorlarına investisiya qoyuluşu üçün əlverişli imkanların olduğunu qeyd edib. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirən serbiyalı qonaq mövcud potensialın iqtisadi əlaqələrin daha da genişləndirilməsinə imkan yaratdığını vurğulayıb.
Rasim




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Türkiyə dünyanın bütün regionları ilə münasibətlərini inkişaf etdirmək istəyir
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasnı qoydu
15.06.2019
Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub
15.06.2019
Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən qurtardı
15.06.2019
Namiq Əliyev: “Pilotlarımızın çevikliyi, təcrübəsi avantüradan yayınmağa imkan verdi”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info