Azərbaycanda Belçika kapitallı 19 şirkət fəaliyyət göstərir
Tarix: 30.04.2014 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Belçika biznes forumu keçirilib. İqtisadiyyat və Sənaye Nazirliyindən qəzetimizə bildiriblər ki, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, konsaltinq, qida, sənaye, energetika və digər sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak edib.
AZPROMO-nun vitse-prezidenti Vidadi Quliyev tədbir iştirakçılarına Azərbaycan iqtisadiyyatı barədə geniş məlumat verib, uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişafa nail olunduğunu, makroiqtisadi sabitliyin təmin edildiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını diqqətə çatdırıb.
Vidadi Quliyev Azərbaycan-Belçika iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyini, indiyədək iki ölkə arasında 7 sənədin imzalandığını, hazırda Azərbaycanda ticarət, tikinti, xidmət, nəqliyyat, rabitə, sənaye və s. sahələrdə Belçika kapitallı 19 şirkətin fəaliyyət göstərdiyini bildirib, Belçika iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes mühiti və investisiya imkanlarından yararlanmağa, azərbaycanlı iş adamları ilə fəal əməkdaşlığa dəvət edib.
Belçikanın Valloniya vilayətinin Xarici Ticarət və İnvestisiya Agentliyinin (AWEX) Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə direktoru xanım Dominik Turner təmsil etdiyi vilayətin iqtisadiyyatı barədə məlumat verib, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətli olduğunu bildirib. Qonaq, eyni zamanda, belə tədbirlərin davam etdirilməsinin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafına, eləcə də yeni əlaqələrin qurulmasına töhfə verəcəyinə əmin olduğunu söyləyib. Tədbirdə AZPROMO rəhbərinin müşaviri Natiq Mədətov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, AWEX Agentliyinin Türkiyədəki ticarət və investisiya sahələri üzrə müşaviri Eric Bletard ölkəsinin iqtisadiyyatına, iş adamları arasında əməkdaşlıq imkanlarına dair təqdimatlarla çıxış ediblər. Sonra AZPROMO və Belçikanın AWEX Agentliyi arasında anlaşma memorandumu imzalanıb. Biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilib.
Rasim




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info