Şamaxıda YAP Qadınlar Şurasının konfransı keçirilib
Tarix: 30.04.2014 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası Şamaxı rayon Qadınlar Şurasının konfransı keçirilib. AZADİNFORM xəbər verir ki, konfransı giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov YAP və onun yaradıcısı ulu öndər Heydər Əliyevin Azərbaycan üçün xidmətlərindən danışaraq, bu partiyanın cəmiyyətdə böyük siyasi bir qüvvə kimi vətəndaşların həyatının tənzimlənməsində, müstəqilliyimizin əbədiləşməsində, bütün dünyada Vətənimiz, millətimiz haqqında müsbət fikirlərin formalaşmasında böyük rolu barədə məlumat verib.
YAP Şamaxı rayon təşkilatının Qadınlar Şurasının sədri Gülnisə Ələkbərova hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin tövsiyəsi ilə 1995-ci ildə YAP Qadınlar Şurasının yaradılması cəmiyyətimizi saflaşdırmaq üçün qoyulan bir ənənə idi. Dahi şəxsiyyət hər zaman qadınların cəmiyyətdə aparıcı bir qüvvə olduğunu söyləyib və bu ənənələr məhz müstəqil Azərbaycan dövlətinin həyatına gətirilən ənənələrdir.
Daha sonra Gülnisə Ələkbərova qeyd edib ki, YAP Şamaxı rayon təşkilatının qadınlar şurası öz sıralarını möhkəmləndirilməklə rayonun ictimai-siyasi həyatında fəal iştirak edir, hazırda onların sayı 3352 nəfərə çatıb. Bu göstərici tərkibi 6420 nəfərdən ibarət olan rayon partiya üzvlərinin 52 faizini təşkil edir.
Konfransda Müəllimlər İnstitutunun Şamaxı filialının direktoru Tünzalə Yusifova, Şamaxı şəhər 6 saylı tam orta məktəbin təşkilatçı müavini Ruhiyyə Əsgərova və başqaları çıxış edərək qadınların ölkənin, eləcə də rayonun ictimai-siyasi həyatındakı rolundan, onlara göstərilən diqqət və qayğıdan söz açıblar.
Tədbirdə həmçinin YAP Qadınlar Şurasının növbəti konfransına nümayəndələr seçilib. Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul edilib.





 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info