Bakı 2015 Oyunları AİPS-in Gənc Reportyorlar təşəbbüsünü dəstəkləyir
Tarix: 30.04.2014 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Yeni innovativ proqram sayəsində bütün dünyanın perspektivli gənc idman jurnalistlərinə Bakı 2015 Avropa Oyunlarında işləmək imkanı veriləcək.
İlk dəfə keçiriləcək Avropa Oyunlarını işıqlandırmaq üçün 10 yazarın cəlb olunacağı Gənc reportyorlar təşəbbüsünü yaratmaq üçün Bakı 2015 Oyunlarının təşkilatçıları Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) ilə səylərini birləşdirdi.
Beş qadın və beş kişi jurnalistdən təşkil olunacaq qrup müxtəlif Avropa ölkələrindən gələcək və Bakı 2015 Oyunlarının bir hissəsi olmaq, təcrübəli idman reportyorları ilə yan-yana çalışmaq imkanı əldə edəcək.
Azərbaycanın gənclər və idman naziri, Bakı 2015 Oyunlarının baş icraçı direktoru Azad Rəhimov bildirib: "Bu, istedadlı gənc jurnalistlərin dünyanın ən qabaqcıl idman reportyorlarından öyrənməsi üçün əvəzolunmaz imkandır. Tarixdə birinci dəfə keçiriləcək Avropa Oyunlarında işləmək imkanı həyatda insanın qarşısına çıxan nadir bir şansdır və mən əminəm ki, təcrübəli jurnalistlərlə çiyin-çiyinə işləmək nəticəsində əldə edilən biliklər bir çox gənc karyera üçün əsaslı stimul olacaq".
Bakı 2015 Oyunlarının yarışlardan sonra təlimli və təcrübəli işçi heyət kimi uzunmüddətli bir miras qoyma vədinə uyğun olaraq, seçiləcək on nəfər gənc reportyordan ikisi Azərbaycandan olacaq.
AİPS 77-ci beynəlxalq konqresini Bakı şəhərində keçirib. 260-dan çox nümayəndənin iştirak etdiyi bu tədbirdə ümumdünya idman məsələləri və iri miqyaslı tədbirlərin işıqlandırılmasında medianın gələcəyi mövzuları müzakirə olunub. AİPS prezidenti Gianni Merlo bildirib: "Potensiallı gənc jurnalistlərə bacarıqlarını inkişaf etdirmək imkanı tanımaq üçün Bakı 2015 Oyunları ilə səylərimizi birləşdirməkdən olduqca məmnunuq. Gələcək nəsil jurnalistlərə bizim təcrübələrimizi bölüşmək, bu qəbildən olan irimiqyaslı beynəlxalq idman tədbirlərində çalışmaq üçün tələb olunan biliklər əldə etməkdə yardım etmək bizim üçün çox önəmlidir. Bu proqramın həyata keçirilməsini və gənc istedadların təlimləndirilməsində Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi ilə birgə işləməyi səbirsizliklə gözləyirik".
AİPS daha əvvəllər də Bakıda uğurla Gənc Reportyorlar təşəbbüsü həyata keçirib, dünya ölkələrindən seçilmiş 20 jurnalistdən ibarət qrup 2012-ci ildə keçirilmiş FİFA U-17 dünya çempionatında yerli və beynəlxalq KİV nümayəndələri ilə yan-yana işləyib.
Bakı 2015 Oyunlarının mətbuat əməliyyatları üzrə direktoru Jayne Piirs bildirib: "AİPS Gənc Reportyorlar Proqramı yüksək səviyyəli idman jurnalistikasının təqdim edilməsinin köhnə və qəbul edilən yoludur. Bu gənc jurnalistlərin arzularını gerçəkləşdirməsinə kömək etmək üçün AİPS-in dəyərli əməkdaşları ilə birgə işləməkdən çox məmnunuq və onların ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunlarında çalışmaqdan razı qalacaqlarına ümid edirik"
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info