Zaqatala gəncləri “Öz biznesinə başla” dedilər
Tarix: 30.04.2014 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Prezident yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən ”Gənclərə sahibkarlıq təlimlərinin təşkili və keçirilməsi” layihəsi uğurla başa çatıb. Layihə çərçivəsində Zaqatala rayonunda yaşayan gənclər üçün " Öz biznesinə başla" təlimi təşkil olunub. Təlim zamanı iştirakçılara – Biznes ideyaların formalaşdırılması və imkanların qiymətləndirilməsi; – Marketinqin əsasları (4P qaydası); – Biznesin planlaşdırılması; – Kreditlərin alınması; – Vergi ödənişlərinin aparılması qaydaları haqqında ətraflı məlumatlar verilib, biznes planın hazırlanması istiqamətində praktik işlər görülüb. Layihənin əsas məqsədi sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənclərin maarifləndirilməsi və beləliklə regionda yaşayan gənclərin daha geniş hissəsinin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi və işgüzar aktivliyin artırılması işinə yardım etmək olub. Layihə boyu regionda yaşayan gənc potensial sahibkarlar, biznes ideyanın qiymətləndirilməsi, biznesə başlamaq və müəssisənin idarə olunması üçün metodiki məsləhətlər, biznes-planların, investisiya layihələrinin işlənib hazırlanması, marketinq fəaliyyətinin təşkili və idarə edilməsi, sahibkarlığın inkişafı və müdafiəsi sisteminə dair ətraflı bilik və məlumatlar, qanunvericiliklə və onları maraqlandıran digər məsələlərlə bağlı və s. informasiya almaq imkanı əldə ediblər. Fərdi gənc Ağayeva Ülviyyə Cavanşir qızının rəhbəri olduğu layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Yaddaş Maarifçi Gənclər İctimai Birliyi və Zaqatala Tədris Mərkəzinin tərəfdaşlığı ilə baş tutub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info