“ASAN xidmət“i Böyük Britaniyada faydalı təcrübə kimi məsləhət görəcəyik”
Tarix: 30.04.2014 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


"Biz Azərbaycana səfərimiz çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində və bu agentliyin "ASAN xidmət" mərkəzində də olduq. Biz "ASAN xidmət"in fəaliyyətindən xeyli məmnun qaldıq". Bunu Bakıda keçirilən "Layihələrə imkanlar üzrə çağırış: Hüquqi baza üzrə naviqasiya" adlı beynəlxalq konfransda iştirak edən Britaniya-Azərbaycan Hüquqşünaslar Assosiasiyasının sədri, Böyük Britaniya Kraliçasının vəkili Adrian Haqes deyib.
O qeyd edib ki, bu xidmət vətəndaşların müxtəlif sənədləri - şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və digərlərini xeyli asanlaşdırılmış şəkildə əldə etməsi üçün çox gözəl vasitədir: "Biz bunu Böyük Britaniyaya qayıdandan sonra faydalı təcrübə kimi məsləhət görəcəyik".
A.Haqes Milli Məclisdə, Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında da olduğunu və bu görüşlərdən məmnun qaldığını vurğulayıb.
İngiltərə və Uels Hüquqşünaslar Cəmiyyətinin prezidenti Nikolas Flak da Azərbaycanda keçirilən görüşləri, ölkədə aparılan hüquq islahatlarını müsbət dəyərləndirib.
Qeyd edək ki, "Layihələrə imkanlar üzrə çağırış: Hüquqi baza üzrə naviqasiya" adlı beynəlxalq konfrans Azərbaycan Hüquqşünasları Konfederasiyası, Britaniya-Azərbaycan Hüquqşünaslar Assosiasiyası, Böyük Britaniya və Uels Hüquqşünaslar Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info