“Layihələrə imkanlar üzrə çağırış: Hüquqi baza üzrə naviqasiya”
Tarix: 30.04.2014 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Britaniya-Azərbaycan Hüquqşünaslar Assosiasiyası, Böyük Britaniya və Uels Hüquqşünaslar Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Layihələrə imkanlar üzrə çağırış: Hüquqi baza üzrə naviqasiya” adlı beynəlxalq konfrans keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri, millət vəkili Əli Hüseynli təbirin əhəmiyyətindən danışıb. Daha sonra tədbirdə İngiltərə və Uels Hüquqşünaslar Cəmiyyətinin prezidenti Nicholas Fluck, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Britaniya - Azərbaycan Hüquqşünaslar Assosiasiyasının sədri Adrian Hughes, Britaniya – Azərbaycan Hüquqşünaslar Assosiasiyasının sədr müavini Rəvan Məhərrəmov çıxış ediblər. Onlar Britaniya Azərbaycan Hüquqşünaslar Assosiasiyasının yaranması barədə danışıblar. Tədbirdə Böyük Britaniya və Azərbaycan Respublikasının hüquq sisteminin müqayisəli təhlili aparılıb. Qeyd olunub ki, Britaniya - Azərbaycan Hüquqşünaslar Asossiasiyası Böyük Britaniya və Azərbaycan arasında əlaqələri artırmaq və biznes imkanlarını dəstəkləmək üçün Britaniya Azərbaycan Hüquq Asossiasiyası əlaqələri inkişaf etdirmək məqsədi ilə layihəni həyata keçirir. Daha sonra tədbirdə müxtəlif mövzularda çıxışlar başlanıb. “İdman hüququ” mövzusunda Bakı Hüquq Mərkəzinin hüquqşünası Qumru Mehdiyeva çıxış edib. Beynəlxalq konfransda “Beynəlxalq Müqavilələr və Ticarət” mövzusunda Andrew Terry, Ayxan Əsədov və Rəşad Axundovun məruzələri dinlənilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
24.09.2018
Diaspor təşkilatları əməkdaşlığı gücləndirirlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info