Turçinov: “Rusiyanın gözlənilən hücumu ilə əlaqədar...”
Tarix: 30.04.2014 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


“Rusiyanın ölkəyə hücum ehtimalı ilə əlaqədar Ukrayna Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib”.
UNİAN agentliyinin verdiyi məlumata görə, bunu vilayət dövlət administrasiyalarının rəhbərləri ilə Kiyevdə keçirdiyi müşavirədə Ali Radanın sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov deyib.
A. Turçinov Donetskdə vəziyyətə nəzarət edə bilmədiklərini etiraf edib: “Bu gün Donetsk şəhərində hakimiyyət situasiyaya nəzarət edə bilmir. Donetsk vilayətinin bir hissəsində də vəziyyət belədir”.
A. Turçinov Luqansk vilayətində Təhlükəsizlik Xidmətinin, vilayət administrasiyasının və prokurorluğun binalarının ələ keçirildiyini, Daxili İşlər İdarəsinə hücumun isə dəf edildiyini bildirib: “Donetsk vilayətində xüsusilə təhlükəli vəziyyət yaranıb. Slavyansk şəhəri Rusiyanın nəzarətindəki terrorçu və təxribatçı qruplar tərəfindən ələ keçirilib”.

Yerli güc strukturlarının Donetsk və Luqanskda vəziyyəti nəzarət altına almağa qadir olmadıqlarını söyləyən müvəqqəti prezident qeyd edib ki, təxribatçı qruplar may bayramları zamanı Xarkov, Odessa, Dnepropetrovsk, Zaporojye, Xerson və Nikolayev vilayətlərində də vəziyyəti gərginləşdirmək tapşırığı alıblar: “Mən bu regionların rəhbərlərinə və güc strukturlarına müraciət edirəm ki, işi gücləndirsinlər. Kəşfiyyatın məlumatlarına görə, müxtəlif təxribatlar baş verə bilər. Lakin panikaya düşmək lazım deyil”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
İsveçrə portalında Novruz bayramı haqqında yazı yerləşdirilib
20.03.2019
Terror təşkilatı PKK tərəfdarlarının Kölndə işğal təşəbbüsü
19.03.2019
Brüsseldә bomba hәyәcanı
19.03.2019
Nursultan Nazarbayev istefa verib
19.03.2019
ABŞ-da Perunun eks-prezidenti saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info