Çingiz Bayramov: “Vətənə xəyanət edənə güzəşt olmamalıdır”
Tarix: 30.04.2014 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin(TUMİB) sədri Çingiz Bayramov qəzetimizə açıqlamasında “hüquq müdafiəçisi” Leyla Yunusun ermənilərlə işbirliyi və istintaqa ifadə verməyə dəvət edilərkən gizlicə ölkədən qaçması məsələsinə münasibətini bildirib: “Azərbaycan Respublikasının ərazilərinin Ermənistan tərəfindən 20 % -dən çoxu işğal olunduğu bir zamanda Ermənistanda bu gün bir nəfər belə Azərbaycan türkü yaşamadığı bir vaxtda, Azərbaycanda 30 mindən çox erməni millətindən olan insanlar yaşayır. Azərbaycanlılar tarixdən bəllidir ki, humanist və qonaqpərvərliyi ilə seçilən xalqlardandır. Məhz buna görə də Azərbaycana sığınan və azərbaycanlıların adət və ənənələrinə hörmətlə yanaşan başqa millətlərdən və ya xalqlardan olan insanları qorumaq və əzizi kimi hörmət etmək Azərbaycan xalqının genetik kodundadır. Bizim fəlsəfəmiz "yaradılanı sevirik yaradandan ötəri"dir, yəni bütün insanları sevirik, çünki bütün insanları Tanrı yaradıb. Çox təəssüflər olsun ki, belə gözəl bir ölkənin vətəndaşları da bəzən aldana bilir və xarici ölkələrin xüsusi xidmət orqanlarının tələsinə düşürlər. Ən acınacaqlısı isə QHT sədri kimi özlərini ictimaiyyətə təqdim etmiş insanların bu tələyə düşməsidir, bu, ürək ağrıdan hadisədir. Əgər günahın yoxdursa, Leyla Yunus, Arif Yunus, niye qaçırsan Vətəndən? İstintaqa ifadə verməkdən qorxursan, amma Ermənistana getməkdən qorxmursan? Yoxsa sənin ölkən Ermənistandır? Nə olsun ki, qanlarınızda erməni millətindən olan qan dolaşır? Axı sizlər bu millətdən nə pislik görmüsünüz ki, 5-10 manat xaricdən verilən "qrantlar" üçün düşmən və terrorçu Ermənistanı su yoluna döndəribsiniz? Şəhidlərimizin ruhuna hörmətsizlik edən hər bir vətəndaş Azərbaycan Respublikasının vətəndaşlığından çıxarılmalı və Vətənimizin düşmənləri ilə əməkdaşlıq edən QHT-lər və onların rəhbərləri haqqında isə hüquq-mühafizə orqanları tərəfindən ciddi ölçü götürülməlidir”.
Ç.Bayramov adi vətəndaşlarımıza aylarla viza vermək istəməyən Fransa səfirliyi kimi xarici səfirliklərin bir gecədə Leyla Yunus kimilərinə viza düzəltmələrini də şiddətlə qınayıb və bunu qərəz adlandırıb. O bildirib ki, Vətənə xəyanət edən heç kimə güzəşt olmamalıdır.

İlkin




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info