İnsan potensialının inkişafı üçün yeni paradiqmalar müzakirə edilir
Tarix: 30.04.2014 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


Bu gün Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Dünya Elm və İncəsənət Akademiyasının təşkilatçılığı ilə “İnsan potensialının inkişafı üçün yeni paradiqmalar” mövzusunda müzakirələr keçirilir. Görüşdə bəşəriyyətin inkişaf paradiqmalarında baş verən dəyişikliklər, yeni təkamül modellərinin yaranması, dünyanın qarşılaşdığı mürəkkəb məsələlərin həlli yolları, iqlim dəyişikliklərin həyata təsiri müzakirə olunub.
Dünya Elm və İncəsənət Akademiyasının fəxri prezidenti İvo Şlaus müzakirə edilən mövzunun insanlıq üçün vacib olan məsələlərə həsr olunduğunu deyib. Onun sözlərinə görə, paradiqmaların dəyişikliyi məsələsi bəşəriyyətin bundan sonra hansı istiqamətdə irəliləyəcəyini üzə çıxarmaq üçün vacibdir.
İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin müasir dövrün ən böyük dəyişikliyinin internet texnologiyalarının meydana çıxması olduğunu deyib. O bildirib ki, hazırda sürətlə inkişaf edən və yayılan mobil texnologiyalar insanların həyatında köklü dəyişikliklər yaradır, sərhədləri yox edir. Eyni zamanda insanların həyatında, yaşam tərzində də dəyişikliklər baş verir. Onun sözlərinə görə, müasir texnologiyalar yeniliklər təqdim etsə də bəşəriyyətdə hələ də böyük problemlər qalmaqda davam edir.
Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa dəyişikliklər paradiqmasından danışarkən qeyd edib ki, bəşəriyyətin inkişafında həm sıçrayışlar, həm də təkamül yolu ilə baş verən inkişaf modelləri mövcud olub. Hazırda yeni nümunələrin yaranmasında müəyyən ləngimələr mövcud olduğunu deyən sabiq Prezident vurğulayıb ki, elmin imkanları məhdud deyil və yeni paradiqmalar meydana çıxdıqda onun hüdudlarının nə qədər geniş olduğunu görmüş olarıq. Onun sözlərinə görə, insan ləyaqəti də paradiqmalardan biridir, lakin bu hamı tərəfindən eyni şəkildə qəbul olunmur. “Əgər bəşəriyyət daim yeni inkişaf paradiqmalarının yaranmasını istəyirsə, insanlar qarşılıqlı hörmət şəraitində yaşamağa başlamalıdır”, - deyə qeyd edib.
Dünya Elm və İncəsənət Akademiyasının nümayəndəsi Harri Yakobsun fikrincə, hazırda paradiqmaların dəyişikliyi baş verir. O qeyd edib ki, insan müasir dünyada iqlim dəyişiklikləri, iqtisadi problemlər, işsizlik kimi məsələlərlə qarşılaşır. Qarşıda duran əsas vəzifə bu məsələlərin həllinin tapılmasıdır. Elə bir model yaradılmalıdır ki, onun köməyilə bəşəriyyətin əsas problemlərini həll etmək mümkün olsun.
“İnsan potensialının inkişafı üçün yeni paradiqmalar” mövzusunda Konsorsium tərəfdaşları üçün hazırlıq toplantısının ilk yarısında Beynəlxalq Avropa Hərəkatının baş katibi Dioqo Pinto, Dünya Elm və İncəsənət Akademiyasının prezidenti Heytor Qurqulino de Souza, Roma Klubunun vitse-prezidenti Ernst von Vayzsaker və başqaları çıxış edib, mövzu ətrafında müzakirələr aparılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info