Heydər Əliyevin 91 illiyi Qazaxıstanda qeyd edilib
Tarix: 30.04.2014 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


Azərbaycanın Aktaudakı baş konsulluğu ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar Atırau şəhərində X.Dosmuxamedov adına Atırau Dövlət Universiteti ilə birlikdə tədbir keçirib.
Tədbirdə universitetin müəllimləri və tələbələri, jurnalistlər, şəhər ictimaiyyətinin nümayəndələri, Atırau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Novruz” milli mədəni Cəmiyyətinin üzvləri iştirak ediblər.
Universitetin rektoru, professor Beybit Mamrayev tədbir iştirakçılarına ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib, onun Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafında, iki qardaş xalq arasında əlaqələrin möhkəmlənməsində rolundan danışıb.
Rektor Qazaxıstanın qərb vilayətlərində fəaliyyət göstərən bir neçə ali təhsil müəssisəsində, o cümlədən X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində təhsil alan tələbələrə baş konsulluq tərəfindən Heydər Əliyevin adı ilə bağlı birdəfəlik təqaüdlərin verilməsini yüksək qiymətləndirib.
Azərbaycanın Aktaudakı baş konsulu Rəşad Məmmədov ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmlənməsində əvəzsiz xidmətlərindən danışıb.
R.Məmmədov universitetin müxtəlif fakültələrindən seçilmiş əlaçı, özündə liderlik xüsusiyyətləri daşıyan beş tələbəyə Heydər Əliyev təqaüdünə layiq görülməsi haqqında sertifikatları, ölkəmizin tarixini və mədəniyyətini əks etdirən suvenirləri, baş konsulluq tərəfindən nəşr etdirilmiş “İki xalq – bir tale” kitablarını, həmçinin 500 dollar məbləğində təqaüdü təqdim edib.
Atırau vilayətində yaşayan azərbaycanlıların “Novruz” milli mədəni Cəmiyyətinin sədri Eldar Əhmədov çıxış edərək ümummilli lider Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan danışıb, Ulu Öndərin bu siyasətinin hazırda uğurla davam etdirildiyini vurğulayıb.
Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Yay Olimpiya Festivalı zamanı xüsusi avtobuslar ayrılacaq
17.07.2019
Məktəblinin vəfatı ilə əlaqədar istintaq tədbirləri davam etdirilir
17.07.2019
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17.07.2019
“İrəli“ gəncləri Azərbaycan mədəniyyətini beynəlxalq layihədə təmsil ediblər
17.07.2019
Azərbaycan İlahiyat İnstitutu media nümayəndələrini mükafatlandırıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info