Naxçıvanda elmi konfrans
Tarix: 30.04.2014 | Saat: 21:59:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində “Fizikanın aktual problemlərinin həllində riyaziyyatın tətbiqi məsələləri” mövzusunda elmi konfrans keçirilib. Konfrans başlanmazdan əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə 17 may – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nda iştirak etmiş universitet tələbələrinə sertifikatlar təqdim olunub. Universitetin rektoru, professor Saleh Məhərrəmov çıxışına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə başlayıb: “Ali məktəblərdə təhsil prosesinin inkişafında böyük işlər görülməlidir. Ən qabaqcıl, dünya miqyaslı ali məktəb heç vaxt əldə etdiyi nailiyyətlərlə kifayətlənmir. Dünyada elmi-texniki tərəqqinin bütün yeniliklərini bilmək, onları qavramaq, qabaqcıl ali məktəblərlə əlaqə yaratmaq təhsil prosesinin inkişafında mühüm rol oynayacaqdır. Azərbaycan da bu yolu seçibdir”. Rektor bildirib ki, Azərbaycanın öncül ali təhsil ocağqlarından olan Naxçıvan Dövlət Universiteti milli kadr hazırlığı prosesinə sanballı töhfələr verməklə yanaşı dəqiq elmlər sahəsində qazandığı nailiyyətlərlə də nüfuzunu qoruyur. Mövcud olduğu dövr ərzində yüz minlərlə insanın taleyində mühüm rol oynamış, ayrı-ayrı dövlət qurumları üçün layiqli mütəxəssislər hazırlamış universitetin digər sahələrdə olduğu kimi, fizika və riyaziyyat sahələrində də yetirmələri olmuşdur. Natiq, bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən, dəqiq elmlərin tədrisində informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən də bəhs edib.
Konfransda Ümumi və nəzəri fizika kafedrasının baş müəllimi Əli Əhmədovun “Yakobyan” metodundan istifadə edərək fiziki kəmiyyətlərin təyini”, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Cavanşir Quliyevin “Radioaktiv parçalanmanın yer qabığının temperaturuna təsiri”, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Nailə Qardaşbəyovanın “Dislokasiyalı yarımkeçiricilərdə rekombinasiya prosesləri”, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyevin “Proto planetlərin aşkar edilməsi metodlarının fiziki əsasları”, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Xanəli Həsənlinin “Fizikada və astrofizikada hansı problemlər xüsusilə vacibdir və maraqlıdır?”, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fərman Qocayevin “Yüksək temperaturlu ifradkeçiricilik problemi”, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Şəmsəddin Kazımovun “Xətti-osinxron” mühərriklərin riyazi metodlarla təyini” mövzuları ilə bağlı məruzələri dinlənilib. Məruzələrdə dəqiq elmlərin aktual məsələlərindən, Nəsrəddin Tusi yaradıcılığının müxtəlif sahələrindən, fizika, riyaziyyat və astronomiyaya aid problem mövzularından bəhs olunub.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı





 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info