Əfqanıstanda seçkilərin ilk turunda sürprizlər
Tarix: 01.05.2014 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


Əfqanıstanda prezident seçkilərinin ilkin nəticələri bir neçə sürprizlə müşayiət olunub.
Prezidentliyə namizəd Əşrəf Qəni prezident seçiləcəyi təqdirdə özbək yaraqlılarının lideri general Abdul Raşid Dustumu özünə vitse-prezident təyin edəcəyini elan edəndə, bir çoxları bunun bir növ hiyləgər siyasi gediş olduğunu bildiriblər. Əfqanlar, əsasən, etnik prinsip boyunca səs verirlər və Əfqanıstanda çoxsaylı özbək elektoratı mövcuddur. Bəlkə də elə bunun nəticəsidir ki, aprelin 26-da elan edilmiş ilkin nəticələrə görə, Əşrəf Qəni ikinci yerdə qərar tutdu ki, bu da ona seçkinin ikinci turunda iştirak etmək şansı verir. Qeyd edək ki, etnik özbəklər, Əfqanıstan əhalisinin doqquz faizini təşkil edir. Məhz elə bunun nəticəsidir ki, Əşrəf Qəni özbəklərin çoxluq təşkil etdikləri Cauzdgan əyalətində səslərin 69 faizini, qonşu Faryab əyalətində isə 65 faizini əldə edə bilib. Özbəklərin yaşadıqları digər üç əyalətdə isə Əşrəf Qəni 40 faizdən artıq səs toplaya bilməyib. Onun rəqibi Abdullah Abdullah bu üç əyalətdə topladığı 44,9 faiz səslə birinci yerdə qərarlaşdı. Xatırladaq ki, seçkinin ilk turu Dustum üçün təhlükəli idi. Belə ki, ona sadiq seçicilər başqaları üçün bəzi risklər yaradırdı. Bəlkə də elə bunun nəticəsidir ki, başqa etnik qruplardan olan seçicilər özbək blokunun xeyrinə səs vermək məcburiyyətində qalmışdılar. Lakin bununla belə, Abdullah Abdullah bu üç əyalətdəki seçiciləri öz xeyrinə neytrallaşdırmağı bacardı. Qeyd edək ki, seçkidən əvvəl, kimsə Abdullah Abdullahın Əfqanıstandakı etnik azlıqların, əhalinin doqquz faizini təşkil edən hazaraların səs çoxluğunu qazanacağını gözləmirdi.
Bir çox müşahidəçilər, hazaraların səsinin Abdullah Abdullah, Əşrəf Qani və Zalmay Rəsul arasında böləcəklərini proqnozlaşdırdılar. Bununla belə, hər üç seçici hazaraların səs çoxluğunu əldə edəcəklərinə ümidli idilər. Lakin hazaraların əksəriyyət təşkil etdiyi əyalətlərdə ən çox - 68 -75 faiz səs toplamağa ancaq Abdullah Abdullah nail ola bildi.
Müşahidəçilər bu nailiyyətdə Abdullah Abdullaha kömək edə biləcək bir neçə amilin olduğuna istinad edirlər. Bu ilk növbədə onunla əlaqədar idi ki, Abdullah Abdullah prezident seçiciləyi təqdirdə vitse-prezident vəzifəsinə keçmiş hərbi lider və hazara əsilli Mohammed Mohakeki gətirəcəyini bəyan edib. Hazaraların Əşrəf Qəniyə etimadsızlığının kökündə isə onun yığın əsilli olması dayanır. Yığınlar - köçəri puştunlar əsrlər boyu torpaq və otlaq hüquqları uğrunda hazara tayfasına qarşı vuruşub. Hələ indinin özündə də, bu iki tayfa arasında şiddətli qarşıdurmalar baş verir.
Gözlənildiyi kimi, Abdullah Abdullah ölkənin şimal və qərb bölgələrində əksəriyyət təşkil edən etnik taciklərin də səsini qazana bilib. Xatırladaq ki, taciklər Əfqanıstan əhalisinin 27 faizini təşkil edir. Məhz bunları nəzərə alan Abdullah Abdullah özünün tacik-puştun əsilli olduğunu önə çəkərək, onların səsindən yararlanmaq qərarına gəlib.
Lakin bunlara baxmayaraq, ölkənin şərq vilayətində yaşayan puştunların əksər səsini Əşrəf Qəni qazana bilib. Prezidentliyə digər namizəd Zalmay Rəsul Qəndəhar vilayətinin dəstəyindən yararlanmağa cəhd edir. Bütün bunlara rəğmən, müşahidəçilər qarşıda çətin mübarizə gözlənildiyini proqnozlaşdırırlar.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info