“Ukrayna nə NATO, nə Avropa İttifaqı, nə də Avrasiya İttifaqına üzv olmalıdır”
Tarix: 01.05.2014 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


“The Wall Street Journal”: “Politoloq “Krım məsələsinin
təxirə salınmasını” təklif edir”


“Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Zbiqnev Bjesinkinin Ukrayna ilə bağlı planı var. Məşhur politoloq hesab edir ki, Obama administrasiyası və avropalı tərəfdaşlar Avropanın mərkəzində müstəqil dövlət olması üçün Ukraynaya kömək etməlidirlər”.
Bu fikirlər “The Wall Street Journal”da çap edilən məqalədə yer alıb. Məqalədə qeyd edilir ki, Bjezinskiyə görə Qərb eyni vaxtda iki məqsəd ətrafında baş sındırmalıdır: “Birinci məqsəd Rusiya ilə razılaşmağın mümkün olub-olmadığını müəyyənləşdirməkdir. İkinci məqsəd isə razılaşmanın olmayacağı halda nələrin olacağını ruslara, əsasən də Putinə izah etməkdir. Qərb Rusiya ilə razılığa gəlməlidir ki, “Ukrayna dalğası” qarşıya qoyulan məqsədə uyğun olaraq avropalaşmaya doğru hərəkət edəcək. Bu halda Ukrayna NATO-ya üzv olmayacaq, Avropa İttifaqına üzv olmaq qeyri-müəyyən müddətə təxirə salınacaq. Eyni zamanda ölkə heç bir halda Avrasiya İttifaqına da üzv olmayacaq. Başqa sözlə Bjezinski Finladiya statusu təklif edir-Rusiya ilə normal kommersiya münasibətləri və demokratiyalaşma. Bjezinski “Krım məsələsinin təxirə salınmasını” təklif edərək, sonradan Krımın “kondominium” (eyni ərazinin bir neçə dövlət tərəfindən idarə olunması) prinsipi ilə idarə olunmasında Ukraynaya yardım edilməsini məsləhət görür. Bütün bunlara nail olmaq üçün Rusiyaya başa salmaq lazımdır ki, güc tətbiqi toqquşma riski yaradır. Ukraynalılar da başa düşsünlər ki, məqsədlərinə görə mübarizə aparmalıdırlar. Qərb isə ukraynalıları tək qoymayacağını dəqiq şəkildə onlara göstərməlidir. Bjezinski təklif edir ki, ukraynalılara müdafiə xarakterli silahlar təklif edilməlidir. İndi “təklif edilməli”, amma “şərait uyğun olanda” təqdim edilməlidir. Politoloq Qərbi, Ukrayna ordusunu bərpa etməyə və müqavimət gücünü artırmağa dəvət edib. Bjezinski Obamanın Rusiyaya tətbiq etdiyi sanksiyalardan razı qalıb və hesab edir ki, Moskva genişlənəcək sanksiyaların qarşısında uzun müddət duruş gətirə bilməyəcək. Politoloq sanksiyaların əhatə dairəsini genişləndirməyi də təklif edir. Eyni zamanda politoloq rusiyalıları Ukraynanı düşmən ölkə olacağı halda nələrin baş verəcəyini düşünməyə, Putini isə xarici güclərin Rusiya daxilindəki nəhəng etnik azlıqlarla bağlı problemlər yarada biləcəyindən ehtiyatlanmağa çağırıb”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info