Avropa Oyunları zamanı beynəlxalq rouminq tarifləri aşağı salına bilər
Tarix: 01.05.2014 | Saat: 01:18:00 | E-mail | Çapa göndər


Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) “Bakı 2015” - Avropa Oyunlarına hazırlıq üzrə Rəhbər Komitənin iclası keçirilib. Nazir Əli Abbasovun iştirakı ilə keçirilən iclasda Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) nümayəndələri - Texnologiyalar üzrə direktor Adrian Korkoran, Telekommunikasiya üzrə rəhbər Toni Dadli, Texnoloji hazırlıq üzrə rəhbər Nigel Svinbank tədbirə hazırlıq prosesinin mərhələlərini əks etdirən təqdimatla çıxış ediblər.
Qeyd edilib ki, ilk növbədə oyun və təşkilati məkanların rabitə xidmətlərinə olan tələbatları BAOƏK ilə nazirlikdə mütəmadi müzakirələr nəticəsində müəyyənləşdirilib. Bu xidmətlərin təşkili üzrə prosesə cəlb edilən şirkətlər, eləcə də tədbirə dəstək verəcək digər sponsor təşkilatlarla yaxın həftələrdə müqavilələrin bağlanması nəzərdə tutulur. Oyunların təşkilində məlumatların qorunması, informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə mütəmadi monitorinqlərin aparılması, şəbəkə hazırlığı və dözümlülüyü üzrə müxtəlif test-sınaqların həyata keçirilməsi planlaşdırılır. İclasda beynəlxalq rouminq tarifləri, “Bakı 2015” Avropa Oyunları iştirakçılarının mobil cihazlarının qeydiyyatı və s. kimi məsələlər də müzakirə edilib. Sifarişçi-icraçı tərəf arasında məsuliyyətin dəqiqliklə bölüşdürülməsi baxımından tənzimləyici-hüquqi sənəd kimi Anlaşma Memorandumunun vacibliyinə diqqət çəkən Ə.Abbasov sənəddə bütün detalların ətraflı müzakirə edilərək nəzərə alınmasını məqsədəuyğun sayıb. Nazir həmçinin Rusiya-Azərbaycan arasında rouminq tariflərinin azaldılması ilə bağlı aparılan işlərin yaxın zamanlarda səmərə verəcəyini, bu siyasətin digər ölkələrlə də həyata keçirildiyini, həmçinin oyunların keçiriləcəyi zamanda tariflərin ucuzlaşdırılması məqsədilə təkliflərin hazırlanması üzərində RYTN tərəfindən işlərin aparıldığını deyib. Ə.Abbasov görüşdə təmsil olunan özəl və dövlət qurumlarının təmsilçilərinə müvafiq tövsiyələrini də bildirərək, Avropa Oyunlarında rabitə xidmətlərinin yüksək səviyyədə təşkilinin təmin edilməsi ilə bağlı göstəriş və tapşırıqlarını verib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info