Kanadada “Azərbaycanda sərmayə imkanları“ adlı tədbir
Tarix: 01.05.2014 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


Kanadanın Toronto şəhərində Kanada Avrasiya Biznes Assosiasiyasının (CERBA) təşkilatçılığı ilə "Azərbaycanda sərmayə imkanları" adlı dəyirmi masa keçirilib.
Azərbaycanın Kanadadakı səfirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycan səfiri Fərid Şəfiyev ölkəmizin iqtisadi potensialı, regionumuzda həyata keçirilən enerji və nəqliyyat layihələri, eləcə də Kanada-Azərbaycan ikitərəfli ticarət əlaqələri barədə təqdimatla çıxış edib.
F.Şəfiyev, eyni zamanda, Azərbaycanda investisiya imkanları ilə bağlı iştirakçılara ətraflı məlumat verib.
Tədbirdə iştirak edən bir sıra kanadalı iş adamları Azərbaycanla biznes əlaqələri və ölkəmizdə həyata keçirilən müxtəlif layihələr barədə öz şəxsi təcrübələrini bölüşüblər. Onların fikrincə, Azərbaycan iqtisadi sahədə böyük potensiala malikdir və Kanada şirkətlərini ölkəmizin iqtisadi həyatında iştirak etməyə çağırıblar.
Habelə, səfir F.Şəfiyev tədbirdə iştirak edən şəxslərin suallarını cavablandırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info