Niderland mediası Azərbaycan diasporunun fəaliyyətindən yazıb
Tarix: 01.05.2014 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Niderlandın gündəlik böyük tirajlı "FrieschDagblad" (Gündəlik Friesland) qəzetində Azərbaycan diasporu haqqında yazı dərc olunub. Qəzetdə “Hollandiyada Azərbaycan Evi" təşkilatının sədri Elxan Mirhəşimli və təşkilatın idarə heyətinin üzvü Ələkbər Həşimovun müsahibələri yer alıb. Müsahibədə Azərbaycan haqqında məlumat verilib. Eyni zamanda “Hollandiyada Azərbaycan Evi" təşkilatının fəaliyyəti haqqında danışılıb. Yazıda həmçinin Xocalı soyqırımı barədə də söhbət açılıb.
Müsahibədə təşkilatın gələcək planlarından danışan E. Mirhəşimli deyib ki, məqsədləri hollandiyalı vətəndaşlarla birlikdə Azərbaycanı tanıtmaqdır.
E. Mirhəşimli qəzetimizə bildirib ki, Niderland KİV nümayəndələri onlarla birlikdə fəaliyyət göstərməkdə maraqlıdırlar: “Niderland jurnalistləri bizimlə sıx-sıx görüşlər keçirməyi təklif ediblər. Gələcəkdə Niderland mediası ilə daha çox əlaqə saxlayıb Azərbaycan barədə ətraflı məqalələr çap etdirəcəyik”.
Xatırladaq ki, E.Mirhəşimli 2001-ci ildən Niderlandda yaşayır. Uzun müddətdir ki, diaspor sahəsində çalışan Elxan müəllim “Hollandiyada Azərbaycan Evi” təşkilatını bu ilin yanvarında yaradıb.

Fuad







 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info