“Azərbaycan terrorizmlə mübarizədə öz səylərini möhkəmləndirir”
Tarix: 01.05.2014 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


“Azərbaycan terrorizmlə mübarizədə öz səylərini möhkəmləndirməkdə davam edib”. Məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin 2013-cü il terrorizmlə bağlı hesabatında deyilir.
Departamentin rəsmi saytında dərc olunan hesabatda bildirilir: "Azərbaycan ABŞ ilə terrorizmlə mübarizə sahəsində sıx əməkdaşlıq edib və Qafqaz ərazisi vasitəsilə insanları, pulu və əşyaları daşımaq istəyən terror təşkilatlarına qarşı aktiv müqavimət göstərib".
Hesabatda qeyd olunur ki, ölkə xeyli miqdarda qeyri-qanuni silah-sursat müsadirə edib.
ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanın Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin terrorizmlə mübarizə sahəsində fəaliyyəti də dəyərləndirilib.
Hesabatda deyilir: "Azərbaycan pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizənin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (Moneyval), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) üzvüdür. 2009-cu ildə çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində qanunvericiliyin qəbulundan sonra Azərbaycan bu sahədə öz peşəkarlığını artırıb. Ölkə çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində Moneyval-in tövsiyələrini yerinə yetirməyə davam edib".
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info