“Əgər Rusiya qoşunlarını Ukrayna sərhədindən geri çəkməzsə...”
Tarix: 01.05.2014 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


“Rusiyanın fəaliyyəti Ukraynada vəziyyətin daha da gərginləşməsinə səbəb olarsa, ABŞ və müttəfiq ölkələr bu ölkəyə qarşı əlavə sanksiyalar tətbiq edəcək”.
“İnterfaks”ın verdiyi məlumata görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Cey Karni deyib. “Əgər Rusiya Ukraynada vəziyyətin gərginləşdirilməsi yolu ilə hərəkət edərsə və öz qoşunlarını Ukrayna sərhədindən geri çəkməzsə, Amerika və bizim G7, eləcə də Avropa Birliyi üzrə tərəfdaşlarımız tərəfindən Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər genişləndiriləcək”, - deyə o, söyləyib.
C. Karni bildirib ki, ABŞ öz müttəfiqləri ilə birlikdə yeni sanksiyaların Rusiya iqtisadiyyatına təsirinin böyük olacağını aydın şəkildə ifadə edib: “İndiyədək tətbiq olunmuş sanksiyalar təsirli olub və Rusiya Ukraynada gərginliyi azaldacaq addımlar atmasa, daha da təsirli olacaq”.
Artıq ABŞ Senatında 19 respublikaçı senator Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb. Layihə Rusiyanın iri banklarına və enerji şirkətlərinə qarşı sanksiya tətbiq olunmasını, eləcə də Ukraynaya 100 milyon dollar həcmində hərbi yardım ayrılmasını nəzərdə tutur.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb
21.01.2019
Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat keçirilib
21.01.2019
Erməni politoloq: Paşinyanı çətin günlər gözləyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
3 “Mənim güc mənbəyim Bakıdadır”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info