Ali məktəblərin bakalavr və magistratura ixtisaslarına qəbulda yeniliklər
Tarix: 01.05.2014 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyinin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov mətbuat konfransında çıxışı zamanı deyib ki, ötən tədris ilinin faktiki qəbuluna nisbətən Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə cari tədris ili üçün qəbul planı 12,9% artırılıb. Onun sözlərinə görə, qiyabi təhsil forması üzrə qəbul planı isə 2 dəfədən çox azaldılaraq bu yerlərin hesabına əyanı tələbə qəbulu planı artırılıb. Nazirlik rəsmisi əlavə edib ki, özəl ali təhsil müəssisələrinin hamısında qiyabi təhsil formasına qəbul dayandırılıb. O qeyd edib ki, Azərbaycan İctimai Siyasi Universiteti və Azərbaycan Müəllimlər İnstitutunun 4 filialında həm əyanı, həm də qiyabi təhsil forması üzrə pedaqoji ixtisaslara qəbul aparılmayacaq: “Pedaqoji ixtisaslara qəbul yalnız özəl ali məktəblərdən 3-nə Xəzər, Qafqaz və Bakı Qızlar universitetlərinə icazə verilib. Təhsil, texniki və texnoloji, eləcə də kənd təsərrüfatı ixtisaslarına dövlət sifarişli yerlər artırılıb. Kənd təsərrüfatı ixtisasları qrupuna daxil olan ixtisaslara qəbul yalnız dövlət sifarişinə uyğun olaraq aparılacaq”. C.Valehov qeyd edib ki, ali təhsil müəssisələrinin magistratura pilləsinə qiyabi təhsil formasına qəbul nəzərdə tutulmayıb. Onun sözlərinə görə, bakalavr buraxılışı olmayan ixtisasların magistraturasına qəbul aparılmayacaq.
Digər yenilik isə orta ixtisas təhsil müəssisələrinə aiddir. Belə ki, son illərdə real tələbata əsaslanmadan artırılan qəbul yerlərinin sayı 15667 yerdən 11266 yerə qədər endirilib. Təxminən 4400 qəbul yeri azaldılıb. Qiyabi təhsil forması üzrə kolleclərə qəbul planı 4,1 dəfə azaldılıb. İbtidai sinif və informatika müəllimliyi ixtisasları kolleclərin qəbul planından çıxarılıb. Kolleclərə “məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə qəbul yerləri əvvəlki tədris ilinə nisbətən 38% azaldılıb. Texniki istiqamətli kolleclərdə isə pedaqoji ixtisasları tələbə qəbulu planından çıxarılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info