Arye Qut: “Azərbaycan Cənubi Qafqazda şəksiz liderdir“
Tarix: 01.05.2014 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


“İsrailin xarici işlər naziri Aviqdor Liberman Azərbaycan-İsrail strateji tərəfdaşlığının memarlarından biridir. Bu, İsrailin xarici siyasət idarəsinin başçısı vəzifəsinə qayıdandan sonra Aviqdor Libermanın Cənubi Qafqaza ilk səfəridir. Bu səfər ikitərəfli münasibətlərin inkişafına və möhkəmlənməsinə doğru atılmış əhəmiyyətli addımdır”. Bu sözləri İsrail politoloqu Arye Qut bizə müsahibəsində səsləndirib. Arye Qut deyib ki, İsrail dövləti Azərbaycan ilə münasibətlərinin 22 illik tarixi ərzində rəsmi Bakının çoxşaxəli xarici siyasətinə böyük hörmətlə yanaşıb. İsrail yaxşı başa düşür ki, bu siyasət sayəsində Azərbaycanın xarici siyasət konsepsiyasında əlahiddə, müstəsna yer tutub. A.Libermanın kənd təsərrüfatı, telekommunikasiyalar, hərbi sənaye sahəsində iri şirkətlərin təmsilçilərindən ibarət sanballı nümayəndə heyəti ilə Azərbaycana səfər etməsi faktı bir daha təsdiq edir ki, Azərbaycan-İsrail münasibətlərinin möhkəm və sabit iqtisadi bazası var və bundan sonra da olacaq.
Ötən il Azərbaycan və İsrail arasında ticarət dövriyyəsi İsrail-Fransa ticarət dövriyyəsini üstələyərək, 4 milyard ABŞ dollarından çox olub: “Vurğulamaq istəyirəm ki, ticarət dövriyyəsinin başlıca maddəsi enerji sektorudur. İsrail neft-qaz, telekommunikasiya, kənd təsərrüfatı sahələrində ən qabaqcıl texnologiyaların göndərilməsində Azərbaycanın mühüm strateji tərəfdaşıdır. İsrail hərbi sənayenin yaradılmasında və inkişaf etdirilməsində Azərbaycana kömək edən ölkələrdən biridir”.
Qutun sözlərinə görə, İsrail Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını daim bəyan edir. İsrail Prezidenti Şimon Peres və İsrail XİN-in başçısı Aviqdor Liberman bunu dəfələrlə bəyan etmişlər: “İsrail dövləti 20 minlik yəhudi icmasına səmimi və mehriban münasibət bəslənməsində məhz Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolunu yüksək qiymətləndirir. Azərbaycanda heç vaxt antisemitizm təzahürləri olmamış və olmayacaq. Biz, Azərbaycandan Israilə köçmüş insanlar, eləcə də Azərbaycan diasporu bu tolerantlıq və dini dözümlülük faktoru ilə həmişə qürur duymuşuq. Azərbaycan həqiqətən sivilizasiyalararası dialoq nümunəsidir”.

İlkin




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
22.02.2019
“Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik“
22.02.2019
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir
21.02.2019
“Yeni fərman ciddi bir sosial məsələnin həlli istiqamətində atılan addımdır”
20.02.2019
“Feyk xəbərlər sunamisi Yer kürəsini bürüyüb”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info