Baş Prokurorluqdan “Ayna-Zerkalo” qəzetinin redaksiyasındakı axtarışa münasibət
Tarix: 01.05.2014 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


Baş Prokurorluq “Ayna-Zerkalo” qəzetinin redaksiyasında aparılan axtarışa rəsmi münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Yasamal Rayon Məhkəməsinin qərarı əsasında qəzetinin redaksiyasında axtarış aparılaraq oradan iş üçün əhəmiyyət kəsb edən sənədlər və əşyalar müvafiq qaydada maddi sübut kimi götürülüb. Xatırladaq ki, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı mətbuata açıqlama verərək qəzetin redaksiyasında prokurorluq tərəfindən axtarış aparıldığını və ona məxsus kompüterin də əməliyyatçılar tərəfindən götürüldüyü deyib. E. Şıxlı axtarışın qəzetin dövlətə xəyanətdə ittiham olunaraq həbs edilən əməkdaşı Rauf Mirqədirovun həbsi ilə bağlı olduğunu söyləyib. Qeyd edək ki, R. Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info