Məhkumların hüquqlarının təminatında yeni təcrübə
Tarix: 01.05.2014 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan mərhəmət, insanpərvərlik və humanizm ideyalarını uğurla həyata keçirən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə insan haqlarının, o cümlədən cəmiyyətin həssas təbəqəsi olan məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər görülür, bu sahədə vətəndaş cəmiyyətinin iştirakına, səmərəli ictimai nəzarət mexanizminin tətbiqinə xüsusi önəm verilir. Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən azadlıqdan məhrum edilmiş şəxslərin hüquqlarının daha etibarlı təmin olunması, onların islah edilməsi, azad cəmiyyətə qovuşması, sosial reabilitasiyası daim diqqətdə saxlanılaraq bu sahədə çoxşaxəli tədbirlər görülür, o cümlədən mühüm tərbiyəvi əhəmiyyət kəsb edən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə institutunun tətbiqi daha da genişləndirilir. Bununla əlaqədar şəffaflıq, obyektivlik, qanunçuluq və ədalət prinsiplərinin təmin edilməsi, subyektiv amillərin və qərəzli münasibətin, korrupsiyaya şərait yaradan halların qarşısının alınması məqsədilə formalaşdırılmış nazirliyin və Penitensiar xidmətin təcrübəli məsul əməkdaşlarından, geniş ictimaiyyət nümayəndələrindən, o cümlədən hüquq müdafiəçilərindən ibarət olan Komissiya səmərəli fəaliyyət göstərir. Həmin Komissiya mütəmadi olaraq cəzaçəkmə müəssisələrinə baş çəkir, məhkumlarla fərdi görüşlər keçirilir, onlara hüquqi yardım göstərilir, zəruri izahlar verilir, tərbiyəvi tədbirlər, təbliğat işi və söhbətlər aparılır. Xüsusi qeyd edilməlidir ki, dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində vətəndaşların iştirakının təmin olunması məqsədilə nazirlik tərəfindən yeni təcrübə tətbiq olunaraq ictimai iştirakçılığın ən geniş formalarından istifadə edilməklə Komissiyanın işinə ilk dəfə olaraq məhkumların valideynləri və yaxınları dəvət olunurlar. Komissiya tərəfindən növbəti belə tədbir Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində nazirliyin rəhbər işçilərinin, millət vəkillərinin, vətəndaş cəmiyyəti institutlarının və KİV nümayəndələrinin, habelə məhkumların valideynləri və yaxın qohumlarının iştirakı ilə keçirilib, görüşlərdə 30-dan çox məhkum dinlənilib, onların şəxsi işləri və digər aidiyyəti sənədlər diqqətlə öyrənilib, azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad etmənin və daha yüngül rejimli müəssisəyə keçirilmənin mümkünlüyü hərtərəfli araşdırılıb. Məhkumların səmimi peşmançılığı, islah prosesinə qədəm qoyması, o cümlədən davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti nəzərə alınaraq onlardan bir qisminin vaxtından əvvəl şərti azad olunmaları, digərlərinin isə cəzalarının qalan hissəsini daha yüngül rejimli müəssisədə çəkməsi ilə bağlı məhkəmə qarşısında məsələ qaldırılması məqsədəuyğun hesab edilib. Komissiyanın iclasına dəvət olunmuş valideynlər dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə geniş vüsət alan əfv və amnistiya institutlarının tətbiqinin cəmiyyətimizdə böyük rəğbətlə qarşılandığını bildiriblər. Onlar həmçinin, islah yoluna düşmüş məhkumların sosial adaptasiyasına dair nazirlik tərəfindən həyata keçirilən yeni qeyri-adi və korrupsiyaya qarşı mübarizədə mühüm rol oynayan təcrübənin bilavasitə iştirakçısı olmaqla onun tam şəffaf, ədalətli keçirilməsindən məmnun qaldıqlarını qeyd edib, ölkəmizdə mərhəmət, insanpərvərlik, humanizm ənənələrinin möhkəmlənməsinə hər zaman həssaslıqla yanaşan ölkə Prezidentinə dərin minnətdarlıqlarını ifadə ediblər. Məhkumların valideynləri və yaxınları cəzaçəkmə müəssisəsində saxlanma şəraiti, asudə vaxtlarının səmərəli təşkili, o cümlədən kitabxana, idman zalı və tədris otaqları ilə yaxından tanış olub, buradakı vəziyyətlə əlaqədar məmnunluqlarını bildirib, penitensiar sistemin şəffaflığını, ictimaiyyət üçün açıq olmasını təqdir ediblər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info