Heydər Əliyev və Naxçıvanın muxtariyyət məsələsi
Tarix: 01.05.2014 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin növbəti məşğələsi keçirilib. “Heydər Əliyev və Naxçıvanın muxtariyyət məsələsi” mövzusunda keçirilən 182-ci məşğələni giriş sözü ilə açan universitetin rektoru, Əməkdar elm xadimi, professor Saleh Məhərrəmov Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə universitetdə keçirilən silsilə tədbirlərdən, ümummilli lider, müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin həyat və fəaliyyətinin, siyasi irsinin öyrənilməsi və təbliği istiqamətində qarşıda duran vəzifələrdən danışıb. Qeyd olunub ki, Naxçıvandakı sosial-iqtisadi tərəqqi, elm, təhsil və səhiyyənin inkişafı, əhalinin rifah halının yüksəlməsi bir daha təsdiqləyir ki, Heydər Əliyev ideyaları ölkə başçısı və muxtar respublika rəhbəri tərəfindən uğurla davam etdirilir. Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Zəhmət Şahverdiyev mövzu ilə bağlı ətraflı məruzə edərək XX əsrin 20-ci illərində Azərbaycan bolşevikləşdirilkdən sonra ölkədə yaranan ictimai-siyasi şəraitdən, Naxçıvana muxtariyyət statusu verilməsinin zəruri siyasi amillərindən bəhs edib. Çox qədim tarixə, mühüm coğrafi, siyasi strateji əhəmiyyətə malik Naxçıvana qarşı mənfur ermənilərin əsassız iddialarının qarşısının alınmasında, bölgənin ərazi toxunulmazlığında 1921-ci ildə imzalanan Beynəlxalq Moskva və Qars müqavilələri mühüm əhəmiyyət kəsb edir. Məruzədə 1992-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən bu müqavilələrin beynəlxalq səviyyədə yenidən siyasi gündəmə gətirilməsinin zəruriliyindən də bəhs olunub. Tarixçi alim ümummilli liderin Naxçıvandakı siyası fəaliyyətindən danışaraq dahi öndərin Naxçıvanın ərazi bütövlüyünün və muxtariyytının qorunmasında, burada geniş vüsət alan milli azadlıq hərakatının idarə olunmasında, milli dövlət strukturlarının yaradılmasında əvəzsiz xidmətləri olduğunu bildirib. Bu dövrdə Heydər Əliyev nəinki Naxçıvanın toxunulmazlığı, bütövlükdə Azərbaycanın tərəqqisi, müstəqil və demokratik dövlət quruculuğu, beynəlxalq diplomatik münasibətlərin tənzimlənməsi kimi taleyüklü məsələlərlə bağlı mühüm siyasi qərarlar qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 yanvar 2014-cü il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, keçirilən tədbirlər bir daha sübut edir ki, Azərbaycan xalqının böyük oğlu, nəhəng siyasi xadim Heydər Əliyevin rəhbərliyi sayəsində Naxçıvan Muxtar Respublikası Azərbaycanın dövlət müstəqilliyinın əldə olunmasında və qorunmasında əhəmiyyətli siyasi-tarixi rol oynayıb.
Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri






 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info