Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti dövlət qeydiyyatına alındı
Tarix: 01.05.2014 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Mənzil Məcəlləsinin və mənzil-kommunal sahəsində qəbul olunmuş normativ-hüquqi aktların müddəalarının təbliği, formalaşmaqda olan yeni münasibətlərə dair maarifləndirmə işlərinin aparılması, o cümlədən çoxmənzilli binaların yeni idarəetmə üsullarının tətbiqinin sürətləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə sahə mülkiyyətçiləri ilə mütəmadi olaraq görüşlər keçirilir, mövcud qanunvericilik, eləcə də onların hüquq və vəzifələri izah olunur, bazar iqtisadiyyatı şəraitində yaşayış sahələrinin idarə edilməsi və saxlanması prinsipləri və üsulları barədə məlumat verilir. Bundan başqa, mənzil mülkiyyətçilərinin maarifləndirilməsi məqsədilə müvafiq qanunvericilik aktlarını, məlumatları və digər sənədləri özündə əks etdirən kitabçalar və broşurlar paylanmış, bu işlər hazırda da davam etdirilir.
Görülən işlər çərçivəsində, həmçinin Yasamal rayonu Naxçıvani küçəsi, 14 ünvanındakı 16 mərtəbəli 102 mənzilli yeni tikilmiş binanın sahə mülkiyyətçiləri ilə görüşlər keçirilmiş, binada Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin (MMMC) yaradılması ilə bağlı mənzil mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi, təşkilatın Nizamnaməsinin və digər zəruri təsis sənədlərinin hazırlanmasına köməklik göstərilib. Bunun nəticəsi olaraq, həmin ünvanda ölkədə növbəti MMMC yaradılmış, “Yasamal-2” MMMC adı ilə dövlət qeydiyyatına alınıb.
Hazırda Nazirlik tərəfindən Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq, Bakı şəhəri üzrə iyirmiyə yaxın çoxmənzilli binada yeni idarəetmə üsullarının tətbiq edilməsi istiqamətində sahə mülkiyyətçiləri ilə mütəmadi görüşlər keçirilir, yeni idarəetmə üsullarının üstünlükləri haqqında məlumatlar verilir, mənzil mülkiyyətçilərinin ümumi yığıncaqlarının keçirilməsində və müvafiq təsis sənədlərinin hazırlanmasında, həmçinin digər təşkilati məsələlərdə dəstək göstərilir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info