“Bloomberg” dünyada maliyyə müharibəsinin başladığını iddia edir
Tarix: 01.05.2014 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


“Heç bir müasir dövlət iqtisadi dəyənəyi ABŞ qədər tez-tez tətbiq etməyib”

ABŞ-ın “Bloomberg.com” media qurumu dünyada baş verən maliyyə müharibəsi barəsində maraqlı yazı yazıb. Yazıda qeyd edilir ki, diplomatiya uğursuzluğa uğrayanda, müharibələr qaçılmaz olanda, siyasət başqa vasitələrlə davam edir: “Bu gün nə zaman inandırma metodları işləmirsə, böyük dövlətlər ilk tədbir kimi, iqtisadi mübarizəyə əl atırlar. Sanksiyalar ittihamlar və aviasiya zərbələri arasında qaydasız yer tutur. Onları təşkil etmək çətindir, onların nəticələri isə həmişə aydın olmur. Bu sanksiyalar heç bir günahı olmayan insanlara və tam qanunauyğun fəaliyyət göstərən şirkətlərə zərər yetirə bilərlər. Rusiyanın Krımı işğal etməsi və Şərqi Ukraynanı təhdid etməsi bu dəfə də sanksiyaların tətbiqinin effektivliyini şübhə altında qoyur”.
Daha sonra yazıda qeyd edilir ki, maliyyə müharibəsi hərbi güc tətbiq etmənin alternativi kimi yeni yüzillikdə çox tez-tez işlədilir: “2000-ci ildən ABŞ, Avropa Birliyi Avstraliya, Kanada, Yaponiya, İsrail, Rusiya, Cənubi Koreya və beynəlxalq təşkilatlar sanksiyaları minimum 20 dəfə digər dövlətlərə qarşı tətbiq ediblər. Bu dövlətlərin arasında Myanma, Sudan, Suriya da var. Heç bir müasir dövlət iqtisadi dəyənəyi ABŞ qədər tez-tez tətbiq etməyib. ABŞ XX yüzillikdə 110 dəfədən artıq idxal, ixrac, investisiya və digər maliyyə əməliyyatlarını ixtisar edib. Bu, bu və ya digər siyasəti dəyişdirmək, silahlanma proqramlarına son qoymaq və hökumətləri devirmək məqsədilə edilib.
ABŞ Maliyyə Nazirliyi 2001-ci il teraktından sonra milli təhlükəsizlik sahəsində nəzərəçarpacaq oyunçuya çevrilib.
Onun “boz kostyumlu partizanları” 37 sanksiya proqramını reallaşdırırlar. Bu proqramlar dövlətlərə, ayrı-ayrı şəxslərə, terrorçu təşkilatlara və təxminən 20 ölkədə olan cinayətkar qruplaşmalara şamil edilir. Buraya meksikan narkobaronlarının və Rusiya oliqarxlarının həbsi, İran və Şimali Koreya ilə biznesin aparılmasına qadağa da aiddir.
2010-cu ildə ABŞ və Avropa Birliyi tərəfindən başlanan və İrandan neft idxal edən ölkələrin də dəstəklədiyi İrana qarşı sanksiyalar ölkənin iqtisadiyyatına qarşı böyük təzyiq yaratdı, onun valyutasını çökdürdü, inflyasiya yaratdı və ötən ilin iyununda Həsən Ruhaninin qalib gəlməsinə yardım etdi. Bir neçə ay keçdikdən sonra İran nüvə danışıqları masasına oturdu və böyük olmasa da, tarixi sayıla biləcək güzəştlərə nail olundu”.
Yazıda daha sonra qeyd edilir ki, tarixdə sənədləşdirilmiş siyasi məqsədli ilk iqtisadi təzyiq Qədim Yunanıstan dövrünə təsadüf edir(Miladdan öncə 432-ci ildə Meqara şəhər-dövləti Afina ilə ticarəti qadağan edib): “ABŞ-ın Maliyyə Nazirliyi isə ilk dəfə 1812-ci il savaşı ərəfəsində Britaniyaya qarşı sanksiya tətbiq edib. Vudro Vilson isə maliyyə təzyiqini hərbi güc tətbiqinin alternativi kimi tətbiq edən ilk müasir rəhbər hesab edilir”.
Daha sonra bildirilir ki, 1980-ci illərdə Cənubi Afrikanın aparteid siyasətinə görə qlobal boykot olunması seçkilərə apardı və nəticədə, qara çoxluq hakimiyyətə gəldi. Sanksiyaların ən pis nəticəsinə nümunə kimi ABŞ-ın Yaponiyaya qarşı neft embarqosunu qeyd etmək olar. Bunun nəticəsi çoxlu olaylara səbəb oldu və Perl Harbora hücumla müşayiət olundu. İraqda Səddam Hüseynə qarşı sanksiyalar isə kəsərsiz, mənəviyyatsız hesab edilməklə tənqidə tuş gəlmişdi: “Amma keçmişə nəzər salanda anlamaq olur ki, bu sanksiyalar Səddamı kütləvi qırğın silahı istehsal etməkdən məhrum etmişdi”.
Rusiyanın Ukraynaya hucumuna görə hansı növ sanksiyalara məruz qalacağına gəldikdə isə göstərirlər ki, bu sanksiyaları yüksək dərəcədə effektli hesab etmək olmaz.
Avropa Birliyinin ticarət əlaqələri və onun Rusiya qazından asılılığı geniş miqyaslı ticarər embarqosunun nəhs olacağından xəbər verir. Belə embarqo amerikan və avropalı şirkətlərə zərər verə bilər. Bizim günlərdə belə cəzalandırıcı tədbirlər ayrı şəxslərə, konkret müəssisələrə və institutlara yönəldilməklə, dəqiq tətbiq edilir. Bununla bərabər, sanksiyalarda ərzaq və humanitar mallara istisna tətbiq edilir. Hamıdan çətin isə Kuba və Şimali Koreya ilə baş verib. Belə ki, yarım əsrdən çox amerikan embarqosuna məruz qalmalarına baxmayaraq, oralarda rejimlər və siyasət dəyişilməyib. Bu sanksiyalara ilk növbədə demokratik və kvazi-demokratik dövlətlər – beynəlxalq ictimai rəylə hesablaşanlar və dünya ticarətindən, maliyyəsindən asılı olanlar reaksiya verirlər. Avtoritar rejimlər isə tez-tez güzəştsizlik nümayiş etdirirlər. Rusiyaya gəldikdə isə burada beynəlxalq ictimaiyyət ən böyük kalibrlə hərəkət edə bilər – kredit kartları şəbəkəsinə və dünya bank sisteminə çıxışı məhdudlaşdırmaqla. Bu, Rusiya prezidenti Vladimir Putini ciddi zəhmət çəkməyə vadar edəcək. Amma hələ ki, ABŞ və Böyük Britaniya Rusiyaya qarşı tammiqyaslı iqtisadi savaşdan çəkinirlər”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info