“İşğal olunmuş ərazilərimizdə müsəlman, xristian və yəhudi dini abidələri dağıdılıb”
Tarix: 01.05.2014 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


Ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində müsəlman, xristian və yəhudi dini abidələrinin dağıdılması dinlərarası qarşıdurma təhlükəsinə yol aça bilər. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Vaşinqtonda “Azərbaycan-ABŞ: Gələcəyə baxış” mövzusunda keçirilən üçüncü forumda (US - Azerbaijan Convention 2014) çıxışı zamanı vurğulayıb.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, o, dünyada baş verən münaqişələrə qarşı durmaq üçün ənənəvi dinlərin sülməramlı prinsiplərindən istifadə etməyin zəruriliyini qeyd edib.
“Müasir dövrün kəskin reallıqlarını izləyərkən bu qənaətə gəlmək mümkündür ki, milli və dini zəmində baş verən münaqişələrə qarşı biz ənənəvi dinlərin sülh, ədalət və mənəviyyat prinsiplərindən geniş istifadə edə bilərik. Çünki bizləri bəşər ailəsinin üzvləri kimi birləşdirən, bir-birimizə bağlayan dəyərlər bizi fərqləndirən və ayıran amillərdən qat-qat möhkəm, dərin və mühümdür”-deyə A.Paşazadə qeyd edib.
Onun sözlərinə görə, müasir bəşəriyyəti narahat edən problemlərin əksəriyyəti daha çox mənəvi mahiyyət daşıyır: “Bəzən dinlərarası münasibətlərə gərginlik gətirilir. Terror əməllərinə dini ideologiya donu geydirilməsi ikrah doğurur. Müxtəlif ölkələrdə İslam dini haqqında məqsədyönlü şəkildə yanlış təsəvvür yaradılır, hətta İslamı terrorla eyniləşdirməyə cəhdlər edilir. Halbuki kin, nifrət, zorakılıq və təcavüz dünya dinlərinin, o cümlədən İslamın müqəddəs hökmlərinə ziddir”.
A.Paşazadə bildirib ki, dünya qarşısında duran sülh probleminin həm qlobal, həm də lokal miqyasda həllində dövlətlərin, ictimai və dini qurumların birgə əməkdaşlığı səmərəli nəticə verə bilər.
“Qafqaz regionunun həllini tapmayan problemlərindən biri də Azərbaycanın 20 ildən artıq üzləşdiyi - ərazisinin 20%-nin erməni ekstremistləri tərəfindən işğal olunması və bir milyon insanın etnik təmizləmə siyasətinə məruz qaldığı Qarabağ münaqişəsidir” - deyə o qeyd edib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info