“Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya”
Tarix: 01.05.2014 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


Dövlət Neft Şirkəti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, AMEA İqtisadiyyat İnstitutu, İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu, TUSİAB iş adamları cəmiyyəti və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 91 illik yubleyinə həsr olunmuş “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” mövzusunda IV Beynəlxalq Konqres keçirilir.
Azərbaycan xalqının XX yüzilliyin ortalarından XXI əsrin əvvəllərinə qədərki tarixi Heydər Əliyevin siyasi fəaliyyəti və şəxsiyyəti ilə, xüsusən ən yüksək vəzifələrdə olduğu zaman öz xalqının, doğma yurdunun gələcəyi naminə həyata keçirdiyi böyük quruculuq işləri ilə qırılmaz surətdə bağlıdır. "Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat və sahibkarlıq yoludur" deyən ümummilli lider Heydər Əliyev - bütün varlığı ilə millətinə, torpağına sadiq olan bu dahi şəxsiyyət - bir-birinə zidd iki sistemdə fəaliyyət göstərsə də, ən çətin tarixi dövrlərdə, təqiblər şəraitində belə doğma Azərbaycanının tərəqqisinə və xalqının maddi rifahının yüksəlməsinə xidmət edib.
Prezident İlham Əliyev də "Bizim üstünlüyümüz ondan ibarət olmuşdur ki, dünya iqtisadiyyatına sürətlə inteqrasiya etməklə yanaşı eyni zamanda öz milli maraqlarımızı heç vaxt unutmamışıq" deyərək bu siyasətin sadiq davamçısı olduğunu nümayiş etdirib. Ümummilli lider Heydər Əliyevin peşəkarlıq irsinə, müstəqillik və dövlətçilik amallarına sonsuz sədaqət, onun tövsiyələrini rəhbər tutmaq, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycanın qüdrətlənməsi naminə çalışmaq milli maraqlara xidmət etmək deməkdir. Bu konqres də məhz bu istiqamətdəki xidmətdə rol almaq, elmi ictimaiyyət olaraq bu prosesə töhfə vermək məqsədi daşıyır.
İlkin




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info