Binəqədidə insan alverinə qarşı tədbir
Tarix: 01.05.2014 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclərimiz İnsan Alverinin Qurbanına Çevrilməsin” mövzusunda konfras keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və aparatın şöbə müdirləri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri və əməkdaşları, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi və əməkdaşları, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi və Beynəlxalq Miqrasiya Təşkilatının səlahiyyətli şəxsləri iştirak etdi.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov tədbir iştirakçılarlını salamladı və tədbirin əhəmiyyəti haqda danışdı. Rayon Partiya Təşkilatının sədri insan alveri mövzusunun günümüz üçün aktual olduğunuq qeyd etdi. Ramiz Göyüşov bildirdi ki, ictimaiyyət arasında bu mövzu istiqamətində maarifləndirici işlərin görülməsinə ehtiyyac var. O qeyd etdi ki, qlobal dünyada cinayətkarlığın artması, bu cinatyətkarlığın təhlükəli növlərindən biri olan insan alveri cinayətinin bütün dövlətlərdə mövcudluğu və yaş həddi olmadan bütün cəmiyyət üzvlərini əhatə etməsi təhlükəli haldır. Bu məsələ ilə bağlı cəmiyyətdə kifayət qədər məlumatın olması və insan alverinə qarşı mübarizədə dövlət və cəmiyyətin birgə fəaliyyəti çox vacibdir. Ramiz Göyüşov gəncləri bu problemlə bağlı ayıq olmağa səslədi.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşı, polkovnik Fuad Əliyev bildirdi ki, insan alveri ilə mübarizə istiqamətində dövlət müvafiq tədbirlər görür. Azərbaycan Respublikası BMT-nin Transmilli Cinayətkarlığa qarşı Mübarizə Konvensiyasına və Avropa Şurasının müvafiq konvensiyasına qoşulub. İnsan alveri ilə mübarizə ilə bağlı I və II Milli Fəaliyyət Proqramı qəbul edilib. İnsan alverinin qurbanları üçün müvafiq sığınacaqlar yaradılıb və Qaynar Xətt fəaliyyət göstərir. O insan alverinin qurbanına çevrilən şəxslər haqda danışdı və bir qayda olaraq bu şəxslərin xaricdə yaşamaq, işləmək, ailə həyatı qurmaq adı altında aldadılaraq xaricə aparıldığını qeyd etdi.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin koordinatoru Səltənət Məmmədova çıxış edərək qeyd etdi ki, dünyada hazırda 232 milyon beynəlxalq miqrant var və statistika göstərir ki, miqrantlar arasında 15-30 yaşlı gənclər üstünlük təşkil edirlər. O insan alverinin milyardlarla dollar gəlir gətirdiyini və bu cinayətin silah və narkotik alveri ilə bərabər səviyyədə olduğunu bildirdi. O, beynəlxalq qanunvericilikdən danışdı və Azərbaycaın bu qanunvericiliyi qəbul etdiyini və konvensiyaları ratifikasiya etdiyini vurğuladı.
Daxili İşlər Nazirliyi Qaynar Xətt Xidmətinin direktoru Günay İbrahimova çıxış edərək Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə İdarəsinin tərkibindəki 152 telefon nömrəli Qaynar Xətt xidmətindən danışdı və bildridi ki, xidmət 2007-ci ildə yaradılıb və 2008-ci ildən fəaliyyətə başlayıb. Qaynar Xəttin əməkdaşları müvafiq xüsusi kurslar keçmiş peşəkarlardırlar.
Sonra çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Ruxsarə Axundova qeyd etdi ki, Mərkəz 2007-ci ildə yaradılıb, 2009-cu ildə isə fəaliyyətə başlayıb. O Mərkəzin insan alverinin qurbanlarına yardım etməsi istiqamətində fəaliyyətindən danışdı və gəncləri insan alveri ilə bağlı hallara ayıq-sayıq olmağa səslədi.
Tədbirə yekun vuran Binəqədi Rayon İcra Hakimiyyəti başçısınının birinci müavini İlqar Süeymanov bildirdi ki, mövzu bu gün qloballaşan dünyada daha da əhəmiyyət kəsb edir. İlqar Süleymanov qeyd etdi ki, dünya üzrə interqarsiya prosesləri bir vaxtlar bizlər üçün yad olan ünsürlərin cəmiyyətə daxil olmasına gətirib çıxardır. “Bu gün dövlətimiz insan alveri ilə bağlı mübarizə aparır və qanunvericiliyə müvafiq dəyişiklər edilir ki, mübarizə daha da effektiv olsun” - deyə o bildridi. O qeyd etdi ki, insan alveri ilə yanaşı bu gün dövlətimiz üçün narahatlıq mənbəyi olan problemdən biri də dini təriqətlərlə bağlıdır. Müxtəlif dini təriqətlərin nümayəndələrinin vətəndaşları konfliktlərin getdiyi ölkələrə aparması və ora aparılan şəxlsərin də öz ətrafından müəyyən şəxslərə təbliğat aparması təhlükəli bir tendensiyadır və bunun baş verməməsi üçün gənclər savadlı və dünyagörüşlü olmalıdırlar. Belə halların baş verməməsi üçün cəmiyyətdə maarifləndirici tədbirlər görülməlidir və təqdirəlayiq haldır ki, belə maarifləndirici tədbir Binəqədi rayonunda keçirilir.
İlkin





 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info