IV Ümumuniversitet bilik yarışması
Tarix: 01.05.2014 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 91 illiyinə və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr həsr olunmuş “Heydər Əliyev və Naxçıvanın Muxtariyyəti” mövzusunda ingilis dilində IV Ümumuniversitet bilik yarışması keçirilib.
Viktorinada universitetin rektoru, əməkdar elm xadimi, professor Saleh Məhərrəmov ümummilli lider Heydər Əliyevin siyasi kursunun bugünkü layiqli davamından, ölkədə aparılan təhsil və gənclər siyasətinin uğurundan danışıb. Vurğulanıb ki, dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Natiq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinin qeyd olunması ilə bağlı 14 yanvar 2014-cü il tarixli sərəncamından irəli gələn vəzifələrdən, 2014-cü ilin Naxçıvan Muxtar Respublikasında “Muxtariyyət ili” elan olunması ilə bağlı nəzərdə tutulan tədbirlər planından da bəhs edib. Rektor həmçinin, ingilis dilində qeyri ixtisas fənləri öyrənən tələbələr arasında belə yarışmaların keçirilməsini məqsədəuyğun hesab edib.
Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı bilik yarışmasının məqsəd və vəzifələri haqqında məlumat verib.
Fakültə komandaları arasında püşkatmadan sonra, İKT tətbiqi ilə bilik yarışmasına start verilib. Qeyd edək ki, universitetdə təhsil alan xarici tələbələr də viktorinada iştirak ediblər.
On iki komandanın iştirakı ilə keçirilən yarışmada 72 tələbə iştirak edib. Sosial idarəetmə və hüquq fakültəsinin komandası qalib gələrək I yerə çıxıb. Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin iki komandası II və III yerləri bölüşüblər. Iki mərhələdə keçirilən gərgin bilik yarışmasının qalib komandaları və fəal iştirakçılar diplom və hədiyyələrlə mükafatlandırılıb.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info